SON XƏBƏRLƏR

Dünyanın ən hündür binası Azərbaycan bayrağının rənglərində

2021.10.20, 07:36
Dünyanın ən hündür binası Azərbaycan bayrağının rənglərində

Gunaz.tv

GünAz TV: Ötən gün Dubayda yerləşən Bürc Xəlifə binası 28 May - Respublika Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

 

Göydələn ötən gecə göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

 

Qeyd edək ki, Bürc Xəlifə dünyanın ən hündür tikilisidir.

 

Binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. Binanın ərsəyə gəlməsi üçün isə 22 milyon saat çalışılıb. Bürc Xəlifə 1.5 milyard dollara başa gəlib.

Bina həmçinin ən hündür mərtəbədə yaşayış, ən hündür xidmət lifti və 124-cü mərtəbədə ən hündür müşahidə zonasına görə fərqlənir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar