SON XƏBƏRLƏR

“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (2) - Semed Niknam

2021.10.20, 07:36
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (2) - Semed Niknam

Gunaz.tv
“Dünyanın harasında bədbəxt bir adam görsən bil ki həmşəridir” (2) - Semed Niknam semedniknam.jpg “Dünyanın harasında bədbəxt bir adam görsən bil ki Həmşəridir“. Cəlil Məmmədquluzadə Biz birləşən deyilik Salam Molla əmi ! Sən bizi hərifliyə bilməzsən. Sən bizim bu həmşəriləri birliyə çağırmaqla aldada bilməzsən. 100 ildir bir-birimizə kişi kimi söz vermişik birləşməyəcəyik. Əsrin əvvəllərində həmşəriləri birliyə çağırırsınız. Qəzet qalmadı ki həmşərilərin birləşməsindən yazmasın. Əhməd bəy “ İrşadda “ bizi ələ salıb dedi ki, “ Həmşərilər qəzet oxumur, bütün İran aləmində bir dənə gündəlik ruznamə yoxdur “. “ İttihad “ , “ Açıq söz” , əlqərəz bizim halımıza hamıdan çox yanan bax elə bu Molla Nəsrəddin idi. Daha nələr yazmadınız. Siz yazdınız həmşərilər də sizin sözünüzə baxıb getdi birləşdi, yəni “ Ədalət Partiyasını “ qurdular. Molla əmi ! Özündə yaxşı bilirsən, nə qədər ki, “ Ədalət partiyası “ qurulmamışdı, bizə həmşəri desələr də, biz hökumət adamları ilə can deyib can eşidirdik. Hamı bizim dostumuz idi. “ Hümmət “ deyirdi bizim tərəfə keçin, Sosialistlər deyirdi bizə səs verin, Bolşeviklər deyirdi siz proletariatsınız keçin bizim cəbhəyə, Müsavat deyirdi qanımız-canımız birdir keçin müsavatın tərəfinə. Xülasə , bizim üstümüzdə şıdırğı dava gedirdi. Amma molla əmi, necə ki, sənin sözünə baxıb öz partiyamızı qurduq və birləşdik, elə başımızın bəlası da onda başlandı. Yerli partiyalar və hökumət adamları gördülər ki, yox Həmşəri daha ayılıb, birləşir, haqdan, hüquqdan danışır. Elə bu zaman yerli varlılar və hökumət adamları qabağımızı kəsib dedilər: Nə istəyirsiniz bizdən, Arazı keçib dəvə kimi dizinizi qatlaya-qatlaya gəlibsiniz, bəlkə neftdən də sizə bir pay ayıraq. Belə getsə siz yerli əhalini də yoldan çıxaracaqsınız “. Hə Molla əmi, iş bu sözlərlə bitmədi. 1918-ci il mart ayında İsmailiyyə Binasında mitinq çağırdılar. O mitinqdə dünənəcən candan-qandan danışan Müsavatın rəhbəri, çıxış edərək dedi : “ Əyər burada yaşayan iranlılar düz deyirlərsə, qoy İrana gedib orada hökuməti ələ alsınlar “. Bolşeviklər də Ədalətin rəhbəri Əsədulla Qaffarzadəni “iş “ dalınca göndərib öldürtdülər. Bununla da, birləşmiş həmşərilərin qara günü, yəni sürgünlər, zindanlar və nəhayət edamlar başlandı. Molla əmi, indi sən də aşımıza zəhər qatma. Qoy oturmuşuq. Təşkilat adı ilə alınan yardımları özbaşına xərcləyirik və kimsəyə hesabat vermirik. Mitinq keçirmək və dərnək qurmaq adı ilə bir neçə min dollar alıb xərcləyirik, səfərlər, səyahətlər və sairlər qulluğumuzdadır. Molla əmi sənin sözünə baxsaq it də gedər ip də, hələ üstəlik bizə də deyərlər ki, əlinizdən bir iş gəlirsə gedin öz başınıza çarə qılın. Bu sözü əsrin əvvəlində bir kərə deyibsə, indikilər lap dərimizi soyar. Mən onları qınamıram molla əmi, siyasət belə icab edir. Əlqərəz molla əmi, əl çək yaxamızdan 100 ildir söz vermişik, biz birləşən deyilik. baybak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar