SON XƏBƏRLƏR

Dünyanın istənməyən 3 ölkə başçısı

2021.10.20, 07:36
Dünyanın istənməyən 3 ölkə başçısı

Gunaz.tv
Dünyanın istənməyən 3 ölkə başçısı Pakistan prezidenti Pərviz Müşərrəf, İranın dövlət başçısı Mahmud Əhmədinecat və ABŞ prezidenti Corc Buş. Bu şəxslər dünyanın heç istənməyən və etibar edilməyən ölkə başçılarıdır. ABŞ-dakı "Dünya İctimai Rəyi" (World Public Opinion) tədqiqat şirkətinin 20 ölkədə 19751 nəfər arasında keçirdiyi sorğu zamanı dünyada ən çox etibar edilən lider adına BMT-nin baş katibi Pan Gim Mun layiq görülüb. Respondentlərin 35%-i ona inandığını bildirib. İkinci yeri tutan Rusiyanın baş naziri Vladimir Putinə isə sorğu iştirakçılarının 32%-i etibar edir. Rusiyanın sabiq prezidenti və indiki baş nazirinin bu uğuru Çində ona səs verənlərin çox olması ilə bağlıdır. Reytinqdə üçüncü yeri 30% səslə Böyük Britaniyanın baş naziri Qordon Braun tutub. Sonrakı yerlərdə Çin Xalq Respublikasının sədri Xu Szintao (28%), Fransa prezidenti Nikolya Sarkozi (26%), ABŞ prezidenti Corc Buş (23%), İranın dövlət başçısı Mahmud Əhmədinecat (22%) və Pakistan prezidenti Pərviz Müşərrəf (18%) var. Araşdırmanın nəticələrinə görə, heç bir lider ölkəsindən savayı dövlətdə vətəndaşların əksəriyyətinin rəğbətini qazanmayıb. İspaniya, Türkiyə və İordaniyada respondentlərin yalnız 11%-i Putinə inanır, Fələstində isə sorğu iştirakçılarının 85%-nin Rusiyanın baş nazirinə etibarı yoxdur. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar