"İslahatlar səmərəsizdir, konstitusiya dəyişdirilməlidir"-Mirhüseyn Musəvi

07.02.2023, 13:47

"İranın siyasi strukturunda aparılan islahatlar səmərəsizdir. Konstitusiyada dəyişiklik edilməlidir". Bu sözləri İranın keçmiş baş naziri Mirhüseyn Musəvi “Kəlmə” xəbər saytına verdiyi müsahibəsində deyib.

Gunaz.tv Quote | Gunaz article

Musəvi islahatlardan və konstitusiyanın icrasından məyus olduğunu bildirib:

“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”.

O, azad referendum keçirilməsini və Müəssislər Məclisinin formalaşdırılmasının vacibliyini qeyd edib və bu prosesdə bütün xalq nümayəndələrinin iştirakının lazım oldugunu vurğulayıb. 

Qeyd edək ki, Mirhüseyn Musəvi, xanımı Zəhra Rəhnəvərd və İran parlamentinin keçmiş başçısı Mehdi Kərrubi 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin rəsmi nəticələrinə qarşı ölkədə keçirilmiş kütləvi etirazlardan az sonra tutulublar.

Həmin seçkilərdə Musəvi və Kərrubi prezidentliyə əsas namizədlərdən olublar.

İranın dini lideri Əli Xameneyinin seçki saxtakarlığına etiraz bildirən hər üç şəxs, mühakimə olunmadan və barələrində hər hansı bir həbs qərarı çıxarılmadan, 2011-ci ilin fevral ayından ETTELAAT-ın birbaşa nəzarəti altında ev dustaqlığında saxlanılırlar.

İran hökumətinə müxalif təşkilatlar Mirhüseyn Musəvinin 1988-ci ildə baş nazirliyi dövründə İran zindanlarında siyasi məhbusların kütləvi edamına göz yumduğunu deyir, onun da başqa məsul şəxslər kimi törədilən cinayətlərə görə məsuliyyət daşıdığını bildirirlər. 

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhəmməd Əmin Rəsulzadə 31 Mart faciəsi haqqında - Nəsiman Yaqublunun təqdimatında

2023-03-31

gun az article

İran və Rusiya XİN başçıları arasında hərbi əməkdaşlıq müzakirə edilib

2023-03-31

gun az article

İranda bayram günlərində baş verən yol qəzalarında yüzlərlə insan ölüb

2023-03-31

gun az article

Ukrayna nüvə dövləti statusunu qaytarmaq istəyir- Petisiya hazırlandı

2023-03-31

gun az article

İran Daxili İşlər Nazirliyi hicabsızları hədələdi

2023-03-31

gun az article

Qubada soyqırımı qurbanlarının xatirəsi anılır

2023-03-31

gun az article

Blinken və Koen İranı müzakirə etdi

2023-03-31

gun az article

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

2023-03-31

gun az article

Ukrayna İran dronlarını məhv etdi

2023-03-31

gun az article

Rəştdə qadınlar mollanı bıçaqlayıb

2023-03-31

gun az article

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

2023-03-31

gun az article

Azərbaycanlılara qarşı soyqırımından 105 il ötür

2023-03-31

gun az article

Xankəndi-Laçın yolunda etirazçılar 110 gündür dünya ictimaiyyətinə çağırışlar edir

2023-03-31

gun az article

İsrailin ən qabaqcıl casus peyki İranın fəaliyyətinə nəzarət etmək üçün orbitə buraxıldı

2023-03-31

gun az article

Azərbaycan MN: "İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir"

2023-03-30

gun az article

Ağ Evin sözçüsü: "ABŞ İranın nüvə proqramı ilə bağlı fəaliyyətindən narahatdır”

2023-03-30

gun az article

İranlı millət vəkili hökumətin iqtisadi siyasətini tənqid etdi

2023-03-30

gun az article

İran casusu bu ölkədə ələ keçdi: "Bakıya sui-qəsd hazırlayırdıq"-VİDEO

2023-03-30

gun az article

Suriyada SEPAH-ın bazalarına zərbələr endirildi

2023-03-30

gun az article

İranın təhdidləri Amerikanın diqqətini yenidən Yaxın Şərqə yönəldib

2023-03-30