SON XƏBƏRLƏR

Keçmiş iranlı deputat da Azərbaycan rəhbərliyini təhdid etdi: “Bu yol səni məhvə doğru sürükləyəcək”

2021.10.20, 07:36
Keçmiş iranlı deputat da Azərbaycan rəhbərliyini təhdid etdi: “Bu yol səni məhvə doğru sürükləyəcək”

Gunaz.tv

İki ölkənin sərhədində baş verən olaylara toxunan keçmiş deputat Azərbaycan hökumətini “sionist, sələfi və vəhabi qüvvələri” İran sərhədləri yaxınlığında yerləşdirməkdə günahlandırıb.


“Cənab Əliyevin İran İslam Respublikasının xeyirxahlığı və sevgisi qarşısında nankorluq etməsi və öz minnətdarlığını bildirməməsi təəccübə səbəb olaraq təəssüf hissi doğurur. 


Əgər cənab Əliyev İran İslam Respublikasının öz hökumətinə və ölkəsinə olan lütfükarlığının davam etdirilməsini istəyirsə bu işlərindən əl çəkməlidir. Əks-təqdirdə o bilsin ki, onun tutduğu bu yol onu məhvə doğru sürükləyəcək və hökumətinin zavala uğramasını sürətləndirəcək.


Cənab İlham Əliyev bilsin ki, sionist rejimi və vəhabilik bölgədə xaos yaratmaq niyyətindədirlər və onların Azərbaycan hökumətinə ürəkləri yanmır. Onların bölgədə sabitliyi pozmaqda məqsədi isə sadəcə olaraq bu yolla öz mənafelərini əldə etməkdir. 


Cənab Əliyevə tövsiyə edirəm ki, Neo-Osmanlılığın və pantürkizmin çürümüş ipi ilə quyunun dibinə düşməsin və bilsin ki, tutduğu bu yol nəinki ona uğur gətirməyəcək, hətta ona ağır baha başa gələcək.


İlham Əliyevin nankorluq etməsi bölgədə İslam Respublikası kimi böyük bir qardaşı itirməsinə gətirib çıxaracaq və əmin olsun ki, sionist rejimi və onun kimilərin ona ürəyi yanmır və onun arxasını boşaldacaqlar”, -deyə İran parlamentinin keçmiş deputatı Mənsur Həqiqətpur sərsəmləyib. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar