SON XƏBƏRLƏR

"SEPAH-a qarşı sanksiyalar davam etdirilməlidir"-Keçmiş prezidentin qızı

2022.04.18, 11:23
"SEPAH-a qarşı sanksiyalar davam etdirilməlidir"-Keçmiş prezidentin qızı

Gunaz.tv

O, "Clubhose"-da çıxışı zamanı SEPAH-ın ölkənin bütün sahələrində nüfuz etdiyini, günü-gündən əhatə dairəsini genişləndirməyə çalışdığını söyləyib.

O, bu qurumun qarnizonlara qaytarılmasının onu yeganə yolunun onu terror təşkilatları siyahısında saxlamaq olduğunu qeyd edib.

“İnqilab Keşikçiləri Korpusunun bir hissəsi bilərəkdən bir sıra əməllər törədib və qurumun terrorçu qruplar siyahısında saxlanılmasında maraqlıdırlar. Onlar bununla sanksiyalara rəğmən özlərini güclü göstərib, fəaliyyətlərini davam etdirə biləcəklərini sübuta yetirmək məqsədi daşıyırlar"-deyə, Faizə Haşimi bildirib.

Xatırladaq ki, İranın Qərblə nüvə anlaşmasının dirçəldilməsinə dair müzakirələr iki ay öncə dayandırılıb və məlumatlara, habelə İran rəsmilərinin sözlərinə görə, SEPAH-ın sanksiyalar siyahısından çıxarılması məsələsi anlaşmanın əldə edilməsi üçün həll olunmamış problemlərdən biri olaraq qalıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar