SON XƏBƏRLƏR

Keçmiş siyasi məhbus Lətif Həsəni dünya türklərinə bayram təbriki yaydı-VİDEO

2022.03.19, 07:59
Keçmiş siyasi məhbus Lətif Həsəni dünya türklərinə bayram təbriki yaydı-VİDEO

Gunaz.tv

O, bununla bağlı videmomüraciətdə Güney Azərbaycanda sosial-iqtisadi durumun ağır oldğunu bildirib. Qeyd edib ki, güzaran ağır olduğu üçün azərbaycanlıların İranın başqa bölgələrinə mühacirət edir. Sabiq siyasi məhbus Urmu gölüünün qurumasına, ana dili probleminə və Ukrayna müharibəsinə də toxunub.

Lətif Həsəni Urmu gölündə ekoloji fəaləkətin yaşandığını, ana dilində təhsillə bağlı qadağaların daha da gücləndirildiyini bildirib.

Keçmiş siyasi məhbus Rusiyanın müstəqil dövlət olan Ukraynaya təcavüzünü pisləyib.

“Qarşıdan gələn yaz bayramını böyük xalqımızla yanaşı böyük türk dünyasına və qonşu millətlərə təbrik deyib, türmələrdə olan soydaşlarıma və dilindən, dinindən , siyasi əqidəsindən asılı olmayaraq başqa məhbuslara özgürlük diləyirəm”-deyə, Lətif Həsəni özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

1970-ci ildə Güney Azərbaycanın Xalxal şəhərində anadan olan siyasi fəal, Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni 8 ilə yaxın həbsdə saxlandıqdan sonra, 2021-ci il yanvarın 13-də Kərəcin Rəcayişəhr həbsxanasından azadlığa buraxılıb.

O, “qanunsuz qruplaşma təşkil etmək” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” ittihamlarına görə 9 il həbs cəzasına məhkum edilmişdi.

Siyasi fəal Bakı Dövlət Universitetinin beynəlxalq hüquq bölümündə doktorluq dərəcəsi ilə məzun olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar