SON XƏBƏRLƏR

"İran məsulları Azərbaycana ögey bölgə kimi baxırlar"-Keçmiş vali-VİDEO

2022.07.27, 04:59
"İran məsulları Azərbaycana ögey bölgə kimi baxırlar"-Keçmiş vali-VİDEO

Gunaz.tv

"Bir sıra məsullar Azərbaycana başqa gözlə, ögey bölgə kimi baxırlar"-deyən sabiq vali bildirib ki, onlar bölgəyə sərmayə qoyulmamasını "Azərbaycanın İran tərkibində qalacağının şübhə altında olması" ilə izah edirdilər.

Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, başqa bölgələrə nisbətdə ayrı-seçkiliyə məruz qaldığını deyən Subhanullahi bildirib ki, bu günə kimi əldə edilənlərə Azərbaycan özü nail olub, bunun mərkəzə aidiyyatı yoxdur.

"Bir zamanlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib"-deyə, keçmiş vali Azərbaycan və Təbrizin geri saxlanıldığını qeyd edir.

Xatırladaq ki, İranın rəhbəri Əli Xameneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti və başqa bir neçə aparıcı məsul Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu demişdilər.

Onlar bunu Azərbaycan bölgələrinin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olması ilə əlaqələndirirdilər.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar