Prezident seçkiləri: "Seçki qərargahlarında çirkli pullar dolaşır- Azərbaycanlı namizəd

2021-06-12 14:27

Prezidentliyə namizəd Əbdülnasir Hemməti seçkiqabağı təşviqat mərhələsində yol verilən nöqsanlardan danışıb.

Gunaz.tv Quote | Gunaz article

İran Mərkəzi Bankının keçmiş rəisi Əbdülnasir Hemməti iyunun 11-də “Twitter” hesabında bununla bağlı paylaşım edib. O,  prezidentliyə namizədlərin seçki qərargahlarında təbliğat-təşviqat kampaniyası apararkən qanunsuzluğa yol verildiyini deyib.

Hemməti deyib ki, o təbliğat-təşviqat kampaniyası aparakən seçki qərargahında çirkli pullardan istifadə olunması ilə razılaşmayıb, buna imkan verməyib.


“Prezidentliyə namizədlərin seçki qərargahlarında təbliğat-təşviqat apararkən çirkli pullar dolaşır, əldən-ələ gəzir. 


Bəzi namizədlərin öz tərəfdarları arasında təbliğat aparakən çoxsaylı nəhəng həcmli banner və plakatlardan istifadə etməsinin və xüsusi təyyarə icarə edərək milyardlarla tümən hesabına başa gələn əyalətlərə səfərlərinin mənşəyi də elə həmin əllərdə dolaşan çirkli pullardır. 


Mən isə təbliğat apararkən seçki qərargahımda bu çirkli pullardan istifadə olunmasına imkan verməmişəm.

Məhz buna görə də bu çirkli pulları əllərində gəzdirən bəzi cərəyanlar mənə qarşı təxribat xarakterli təbliğat apararaq, məni məsxərə etməklə məşğuldurlar”, -deyə Güney Azərbaycanın Həmədan əyalətinin Kəbudərahəng şəhərindən olan prezidentliyə namizəd Əbdülnasir Hemməti bildirib.


Qeyd edək ki, İranda 13-cü prezident seçkilərinin keçirilməsi iyunun 18-nə təyin edilib.

İranda bu gündən prezidentliyə namizədlərin canlı debatı başlayır

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31