Əbhərin Köynək kəndinin türk adı təhrif edilərək fars sözü ilə dəyişdirilib

2020-09-26 13:40

İran hökumətinin Güney Azərbaycan türklərinə qarşı apardığı mədəni soyqırımla yanaşı coğrafi məkanların türk adlarını təhrif edərək farslaşdırmaq siyasəti davam edir.

Gunaz.tv Quote | Gunaz article


Yayılan məlumatlara əsasən, İran rejimi son vaxtlar Güney Aərbaycanın Zəncan əyalətinin Əbhər şəhərinin Köynək kəndinin türk adını dəyişərək, yerinə farsca “Kui-Nik” adını verib. Bu isə Köynək kəndinin girəcəyində dikəldilmiş və kəndin adı təhrif edilərək üzərində “Kui-Nik kəndinə xəş gəlmisiniz” tablosunda öz əksini tapıb.


Qeyd edək ki, hər zaman Azərbaycan türklərinin dilini, mədəniyyətini və tarixini inkar etməyə çalışan İran rejiminin Güney Azərbaycanda coğrafi məkanların,  çayların, kənd və şəhərlərin türk adlarının fars adları ilə dəyişdirilməsi istiqamətində apardığı bu soyqırım siyasəti həmişə yerli əhalinin etirazı ilə qarşılansa da, hökumət hər bir etiraz səsini bətnində boğmağa çalışıb. 


İranda Pəhləvi sülaləsi dövründən başlayaraq Azərbaycan türklərinin millimədəni mədəniyyətinə və ana dilnə qarşı aparılan təhrif və inkar siyasəti keçmişdə olduğu kimi hazırda islam respublikası rejimində də davam edir. 


Lakin İran rejiminin göstərdiyi bu təzyiqlərinə baxmayaraq, son illər Güney Azərbaycan türkləri arasında milli şüurun sürətlə inkişaf etməsinin və onların öz milli kimliyini dərk etməsinin ardınca hakim rejimin bu kimi mədəni repressiv addımlarına qarşı etirazlar da genişlənir və yerli əhali sonradan farslaşdırılmış qədim türk adların bərpa olunmasını tələb edirlər. 


Xatırladaq ki, 2018-ci ilin may ayında Təbriz Şəhər İcra Hakimiyyətinin rəsmisi Rza Paknəhad “Tarixi yer adlarını dəyişdirmək və ya tərcümə etmək olmaz və bu adlar olduğu kimi qalmalıdır” deyərək, Təbrizin tarixi üstörtülü bazarının müxtəlif bölmələrinin təhrif edilmiş qədim türk adlarının yenidən bərpa olunmasını tələb etmişdi.


Həmin ildə Zəncan Şəhər Şurasının üzvü Həmidrza Həmidi şuranın açıq iclasında çıxış edərək, Zəncanın türk kimliyinin unutdurulmasına və yerli məkanların adlarının təhrif edilməsinə etirazını bildirərək, küçə, meydan və məhəllələrin əvvəlki türk adlarının qaytarılmasını vacib saydığını bəyan etmişdi.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09