SON XƏBƏRLƏR

ƏBÜLFƏZ ELÇİBƏYİN 70 İLLİYİNƏ HAZIRLANMIŞ FİLM-ÇARX MƏRHUM PREZİDENTİN SÖYLƏDİYİ «SAKARYA TÜRKÜSÜ» İLƏ BAŞA ÇATIR

2021.10.20, 07:36
ƏBÜLFƏZ ELÇİBƏYİN 70 İLLİYİNƏ HAZIRLANMIŞ FİLM-ÇARX MƏRHUM PREZİDENTİN SÖYLƏDİYİ «SAKARYA TÜRKÜSÜ» İLƏ BAŞA ÇATIR

Gunaz.tv
ƏBÜLFƏZ ELÇİBƏYİN 70 İLLİYİNƏ HAZIRLANMIŞ FİLM-ÇARX MƏRHUM PREZİDENTİN SÖYLƏDİYİ «SAKARYA TÜRKÜSÜ» İLƏ BAŞA ÇATIR Müsavat Gənclər Təşkilatı mərhum prezident Əbülfəz Elçibəyin 70 illik yubileyinə disk hazırlayıb. Təşkilatın sədri Tural Abbaslı «Media forum» saytına deyib ki, hazırda diskin üzünün köçürülüb çoxaldılması prosesi gedir: «Bu həftə ərzində onunla məşğul olacağıq. Ola bilər ki, bu işdə «Biz» Gənclər Koalisiyası (bu quruma Müsavat, ADP, KXCP, AMİP Gənclər təşkilatları, Azərbaycan Gənclər Platforması, «Çağrı» və Azərbaycan Demokratik Gənclər hərəkatları daxildir - red.) yardımçı olsun. Onların köməkliyi ilə disklərin sayını 1000 nüsxəyə çatdırmaq olar». 13-15 dəqiqəlik diskdə 100-dən çox fotodan, 3 videogörüntüdən istidafə olunub. Çarxdakı görüntülər «Koroğlu» üverturası, Azərinin ifasında «Çırpınırdı Qara dəniz», Mübariz Tağıyevin «Qalx, qalx, ulu torpaq!» mahnılarının sədaları altında hazırlanıb. Ə.Elçibəyin ən müxtəlif şəkilləri yer alan diskə onun prezident kimi and içdiyi mərasimin 30-40 saniyəlik videoyazısı da daxil edilib. Sonra Ə.Elçibəyin prezidentlik dövrünü əks etdirən fotolar bir-birini əvəzləyir. Film-çarx mərhum Elçibəyin ifasında «Sakarya türküsü» ilə başa çatır: «...Orda bir yol var uzaqda, o yol bizim yolumuzdu, dönməsək də, varmasaq da, o yol bizim yolumuzdu». Qeyd edək ki, belə bir diskin hazırlanması ikinci dəfədir. Bundan əvvəl gənclər təşkilatları birlikdə Azərbaycan Cumhuriyyətinin 90 illiyi münasibətilə də film-çarx hazırlamış və onu gənclər arasında yaymışdılar. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar