SON XƏBƏRLƏR

ƏBÜLFƏZ ELÇİBƏYİN QIZI ÇİLƏNAY SƏMƏDBƏYLİ: “BİZİM ÜÇÜN ÖNƏMLİ OLAN ATAMIZA EKS-PREZİDENT STATUSUNUN VERİLMƏSİDİR”

2021.10.20, 07:36
ƏBÜLFƏZ ELÇİBƏYİN QIZI ÇİLƏNAY SƏMƏDBƏYLİ: “BİZİM ÜÇÜN ÖNƏMLİ OLAN ATAMIZA EKS-PREZİDENT STATUSUNUN VERİLMƏSİDİR”

Gunaz.tv
ƏBÜLFƏZ ELÇİBƏYİN QIZI ÇİLƏNAY SƏMƏDBƏYLİ: “BİZİM ÜÇÜN ÖNƏMLİ OLAN ATAMIZA EKS-PREZİDENT STATUSUNUN VERİLMƏSİDİR” Çilənay Səmədbəyli “Bizim üçün önəmli olan atamıza rəsmi şəkildə eks-prezident statusunun verilməsidir. “Eks-prezidentlərin statusu haqqında” qanunun qəbul edilməsini də neçə ildir bu səbəbdən tələb edirik”. Bu sözləri “Media forum” saytına Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəyli deyib. Ç.Səmədbəyli Milli Məclisin “Eks-prezidentlərin statusu haqqında” konstitusiya qanunu qəbul edəcəyinə dair xəbərləri izlədiklərini söyləyib. O, “Media forum” əməkdaşının “qanunda nələrin əksini tapmasını istəyirsiniz” sualına cavab olaraq bildirib ki, Milli Məclisin qəbul edəcəyi sənəddə indiyə qədər bu istiqamətdə səslənən təkliflər nəzərə alınmalıdır: “Başqa ölkələrdə eks-prezidentlərə və onların ailə üzvlərinə tanınan haqlar Azərbaycanda qəbul ediləcək qanunda da əksini tapsa, yaxşı olar. Amma bir daha deyirəm ki, bizim üçün ən önəmlisi belə bir qanunun qəbul olunması və Əbülfəz Elçibəyin rəsmən eks-prezident statusu almasıdır”. Qeyd edək ki, hazırda Milli Məclisdə “Eks-prezidentlərin statusu haqqında” konstitusiya qanununun layihəsi üzərində iş gedir. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədr müavini Rövşən Rzayev “Media forum”a deyib ki, yeni qanunun qəbulunu 18 mart referendumunda konstitusiyanın 108-ci maddəsinə edilən dəyişiklik zəruri edir. Həmin dəyişikliyə görə, əvvəllər Azərbaycan Respublikasının prezidenti seçilmiş şəxsin təminatı qaydaları konstitusiya qanunu ilə müəyyən edilir. Milli Məclisin hazırladığı qanun layihəsində nələrin nəzərdə tutulduğu məlum deyil. Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidentidir. O, 1992-1993-cü illərdə olkəyə rəhbərlik edib. Ə.Elçibəy 2000-ci ilin avqustunda dünyasını dəyişib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar