Əbülfəz Elçibəyin vəfatından 20 il ötür

2020-08-22 17:59

Bu gün milli azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin lideri, Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin vəfatının 20-ci ildönümüdür.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, Ə.Elçibəy 1938-ci ilin iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Ə.Elçibəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb.


Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə qiyamı ilə əlaqədar paytaxtı tərk edərək Kələki kəndinə gedib. O daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib.


Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19