SON XƏBƏRLƏR

"Danışıqların nəticə verməsi üçün İranın xoş niyyətli olması lazımdır"-Ned Prays

2022.05.10, 05:58
"Danışıqların nəticə verməsi üçün İranın xoş niyyətli olması lazımdır"-Ned Prays

Gunaz.tv

“Hazırda biz orta nöqtədəyik və hər hansı bir ssenariyə, nüvə anlaşmasına qayıtmağa və ya başqa bir alternativə eyni dərəcədə hazırıq”-deyə, Prays bildirib.

O, Avropa Birliyi komissarının xarici siyasət məsələləri üzrə müavini Enrike Moranın Tehrana səfərinin Amerikanın yeni mesaji yaxud yeni təklifi olacağı ilə bağlı suala cavab verib.

"Ümumilikdə proses baxımından dediyim odur ki, biz Avropa Birliyinin koordinatoru Enrike Mora ilə sıx əlaqə saxlayırıq. O, hər iki tərəfə mesajların ötürülməsinə davam edir"-deyə, Ned Prays qeyd edib.

Xatırladaq ki, Qərb ilə İran arasında Vyanada baş tutan nüvə müzakirələri martın 11-də İranın anlaşmanın xaricindəki bir sıra tələbləri, o cümlədən Sepah-ın adının terror təşkilatları siyahısından çıxarılması tələbi ilə bağlı olaraq dayandırılıb. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar