SON XƏBƏRLƏR

"Bayden administrasiyası İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək"-Ned Prays

2022.07.19, 04:37
"Bayden administrasiyası İranın nüvə silahı əldə etməsinə icazə verməyəcək"-Ned Prays

Gunaz.tv

"Biz bilirik ki, İranda indi daha çox yanacaq var. İranın nüvə danışıqları ilə bağlı vaxt qazanmaq niyyətində olduğunun, vaxtın əhəmiyyətli dərəcədə azaldığının fərqindəyik, ancaq Bayden İranın nüvə silahı əldə etməyəcəyinə söz verib"-deyə, o bildirib.

Ned Prays habelə Co Bayden administrasiyasının İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq üçün diplomatiya siyasətini davam etdirdiyini vurğulayıb.

Dövlət Departamentinin sözçüsü İranın ali rəhbəri Əli Xamneyinin müşaviri Kamal Xərazinin bazar günü İranın atom bombası istehsal etmək qabiliyyətinə malik olması ilə bağlı iddiasına məhəl qoymayıb.

“Bizim fikrimizcə, diplomatiya razılığa nail olmaq üçün ən yaxşı yoldur. Məqsəd. Biz hələ də qarşılıqlı olaraq danışıqlara qayıdışın ən çox fayda verəcəyinə inanırıq və maraqlarımıza uyğun olduğu müddətcə bunu davam edəcəyik"-deyə, Prays jurnalistlərin sualına cavab olaraq deyib.

Qeyd edək ki, Əli Xamneyinin baş müşaviri və İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərazi iyulun 17-də İranın nüvə bombası yaratmaq üçün texniki imkanlarının olduğunu deyib.

"İranın həssas obyektlərinə hücum edilərsə, o zaman Tehran İsrailə cavab zərbəsi endirəcək”-deyə, Xərazi iddia edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar