SON XƏBƏRLƏR

Ned Prays: “Vyana danışıqlarında irəliləyiş olmasından danışmaq üçün hələ tezdir”

2021.12.29, 11:06
Ned Prays: “Vyana danışıqlarında irəliləyiş olmasından danışmaq üçün hələ tezdir”

Gunaz.tv

İran və Rusiya nümayəndələri nüvə razılaşmasını canlandırmaq üçün Vyanada aparılan danışıqların səkkizinci mərhələsi prosesini müsbət qiymətləndirsələr də, Prays deyib ki, müzakirələrin yeni mərhələsində irəliləyiş olmasından danışmaq üçün hələ tezdir.

“Əgər İran danışıqlara ciddi yanaşsa, biz bundan əvvəl apardığımız danışıqların 7 mərhələsinə əsasən, qarşılıqlı olaraq sürətlə nüvə razılaşmasına qayıtmaq üçün hansısa bir razılığa gələ bilərik.

Lakin biz hələ ki, İran rərəfinin məsələyə kifayət qədər ciddi yanaşdığını görməmişik. 

Elə buna görə də, hesab edirəm ki, danışıqların bu mərhələsinə daha konstruktiv bir yanaşma ilə qayıdıb-qayıtmadığını demək üçün hələ tezdir”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib. 

08ef0000-0a00-0242-ece4-08d9c5599659_w1023_r1_s.jpg

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar