Edamların sayına görə İran dünyada birincidir-Beynəlxalq Əfv Təşkilatının HESABATI YAYILDI

2021-04-21 16:47

İran 2020-ci ildə edam sayına görə dünya birincisidir.

Gunaz.tv Quote | Gunaz article

Beynəlxalq Əfv Təşkilatı 2020-ci ildə dünya üzrə edamlara dair illik hesabatında İranın 246 edamla dünya miqyasında qeydə alınan edamların yarısından çoxunu həyata keçirdiyini bildirib.
 
Beynəlxalq Əfv Təşkilatı 21 aprel çərşənbə günü dünyadakı edamlara dair yayınladığı son illik hesabatında, 2020-ci ilə qədər 18 ölkədə 483 edamı qeydə aldığını və İranın edamların% 88-inin həyata keçirildiyi dörd ölkə arasında olduğunu açıqlayıb.

 

Bunlardan 194 nəfəri "qısas" cəzasının icrası ilə, 23 nəfəri narkotik cinayətləri ilə əlaqədar edam edilib. Digərlərinin isə "təcavüz", "fahişəlik", "korrupsiya" və başqa ittihamlarla edam edildiyi qeyd olunub.

Hesabatda bir nəfər spirtli içki içdiyinə görə edam olunduğu bildirilir. Bununla yanaşı 17 qadın və 3 yetkinlik yaşına çatmayan şəxs də dar ağacından asılıb.

 

İnsan haqları təşkilatına görə, İranda ölüm hökmləri "ədalətsiz mühakimə" və "məcburi etiraf" prosesindən sonra təzyiq və işgəncə altında verilir və icra olunur.

Çin, Misir və İraq son bir ildə dünyada ən çox edam həyata keçirən ölkələr arasındadır.

 

Beynəlxalq Əfv Təşkilatının hesabatında 2020-ci ildə edamların sayının az olduğunu Covid-19 pandemiyası ilə əlaqələndirib.


Təşkilata görə, keçən il 18 ölkədə ümumilikdə 483 edam qeydə alınıb. 2019-cu ildə bu rəqəm 657 idi.
Edamların sayına görə, Güney Azərbaycan əyalətləri (Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin) ən az 56 edamla birinci yerdədir.


 
Qeyd edək ki, Güney Azərbaycan edam sayına görə, daha əvvəlki illərdə Əlborz əyalətindən sonra ikinci yerdə olduğu halda son ilin raportunda bu əyaləti arxada buraxaraq birinci yerdə qərar tutub.

Azərbaycan əyalətlərində mərkəzi hökumət tərəfindən ən çox ayrı-seçkiliyə məruz qalan Qərbi Azərbaycan edamların sayına görə digər əyalətlərdən böyük fərqlə öndədir. Belə ki, Güney Azərbaycan əyalətlərində tətbiq olunan edamların 41%-i Qərbi Azərbaycan əyalətinin payına düşür.

C.E


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15

gun az article

Qərbi Azərbaycan əyalətində COVİD-19-a yoluxma sayı artır 

2021-05-15

gun az article

PKK-nın İran qolu Qərbi Azərbaycanda keçiriləcək seçkilərlə bağlı bəyanat yayıb

2021-05-15

gun az article

Marağa-Sərəskənd yolunda ağır qəzası baş verib- Ölən və yaralananlar var 

2021-05-15

gun az article

Şərqi Azərbaycanda tarixi abidələrin yenidənqurulması üçün yüz emalatxanaya ehtiyac var

2021-05-15

gun az article

Təbrizin millət vəkili prezident seçkilərinə qatılacaq

2021-05-15

gun az article

Təbrizdə heyvansevərlər etiraz aksiyası keçirib-VİDEO

2021-05-15

gun az article

Ərdəbilin su bəndlərində suyun həcmi yarıyadək azalıb

2021-05-15

gun az article

GünazTV May.14.2021-Azadlıq səsi: İran planında İsraillilərə qarşı Hamas və İslami Cihadın terror hücümları.

2021-05-15

gun az article

GünazTV May.14.2021: Körpü: İran’da Seçkilər və Güney Azərbaycan

2021-05-15

gun az article

İran Premyer Liqası: "Traxtur" “Abadan”la bərabərə qaldı

2021-05-14

gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14