Edama məhkum olunan azərbaycanlı alim Əhməd Rza Cəlalinin yeri dəyişdirilib-Vəkilindən açıqlama

2021-06-19 12:15

İkili vətəndaşlığı olan (İsveş-İran) güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin son durumu açıqlanıb.

Gunaz.tv Quote | Gunaz article

 Vəkili Hilalə Musəviyan onun bu ilin aprel ayında Evin həbsxanasının ümumi bölməsinə köçürüldüyünü bildirib.

Əhməd Rza Cəlali 24 noyabr 2020-ci ildən Evin həbsxanasının 209-cu bölməsində təkadamlıq kamerada saxlanılırdı.

Alimin vəkili Hilalə Musəviyan müvəkkilinin ümumi bölməyə köçürülməsinə sevindiyini deyib və bildirib ki, buna baxmayaraq onun durumu narahatlıq doğurur. Bütün fəaliyyətlərə baxmayaraq müvəkkilinin edam hökmü ləğv edilməyib.

“Özəlliklə seçkilərdən sonra müvvəkkilimin taleindən ciddi şəkildə narahatam. Bu nigəranlığımızı dəfələrlə bildirməyimizə rəğmən, Əhməd Rza Cəlalinin vətəndaşı olduğu ölkə və Avropa Birliyi heç bir ciddi addım atmayıb”-deyə, vəkil Halə Musəviyan bildirib.

Əhməd Rza Cəlali 24 noyabr 2020-ci ildə çərşənbə axşamı ailəsi ilə telefon danışığında ölüm hökmünün icra olunması üçün təkadamlıq kameraya köçürüləcəyini söyləmişdi. O, bir gün sonra noyabrın 25-də təkadamlıq kameraya köçürülmüşdü. 

Əhməd Rza Cəlali 2016-cı ilin may ayında ailəsini görmək üçün İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq İsrailin xeyrinə casusluq etmək ittihamı ilə həbs olunub.

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini edama məhkum etdi. çıxarılan qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq edilib.
 
Əhməd Rza Cəlali daima ittihamları rədd edərək, ondan alınan etirafların ciddi təzyiq və işgəncə altında alındığını və qanuni sübut kimi göstərilə bilməyəcəyini söyləyib.

Beynəlxalq Əfv Təşkilatı, mərkəzi qərargahı Paris şəhərində yerləşən Beynəlxalq Elm Şurası, Avropa Parlamenti, BMT-nin İnsan haqları Ali Komisarlığı və başqa etibarlı beynəlxalq təşkilatlar dəfələrlə güney azərbaycanlı alimlə bağlı bəyanatlar yayaraq Tehran hökumətindən onun sərbəst buraxılmasını istəyiblər.

 
Qeyd edək ki, Əhməd Rza Cəlali Brüsseldəki bir universitetdə dərs deyirdi, İtaliyada Pierre Mento Universiteti və İsveç universitetdə araşdırma aparmışdır. Pierre Mento Universitetindəki layihəsi, az inkişaf etmiş ölkələrdə zəlzələ, sel və s. Kimi təbii fəlakətlərdə tibbi mərkəzlərin fəaliyyətini yaxşılaşdırmaq idi.
 
C.E

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

https://gunaz.tv/az/new/edama-mehkum-edilen-azerbaycanli-alimin-heyati-iran-isvec-danisiqlarinin-neticesinden-asilidir-1610947383

https://gunaz.tv/az/new/guney-azerbaycanli-alim-ehmedrza-calaliye-kamera-qarsisinda-etiraf-etmek-ucun-tezyiq-edilib-119407

https://gunaz.tv/az/new/beynelxalq-efv-teskilati-guney-azerbaycan-alimi-ile-bagli-irana-cagiris-edib-alimi-azad-edin-1616912803

https://gunaz.tv/az/new/azerbaycanli-alim-edam-cezasinin-icrasi-ucun-tekadamliq-kameraya-kocuruldu-1606291771

https://gunaz.tv/az/new/beynelxalq-efv-teskilati-irani-siyasi-mehbuslari-azad-etmeye-cagirib-1616499481

https://gunaz.tv/az/new/beynelxalq-elm-surasi-guney-azerbaycan-alimi-ile-bagli-iran-hokumetine-cagiris-edib-1616650212

https://gunaz.tv/az/new/avropa-parlamenti-guneyli-alimin-edam-hokumunun-legvini-teleb-edir-iran-resmilerine-qarsi-sanksiyalar-tesdiq-edildi-1608280128

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03