SON XƏBƏRLƏR

Əfqanıstan: “İranın Talibanla əlaqələri milli təhlükəsizliyimizə təhdiddir”

2021.10.20, 07:36
Əfqanıstan: “İranın Talibanla əlaqələri milli təhlükəsizliyimizə təhdiddir”

Gunaz.tv

GünAz TV: Əfqanıstan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdüllah Mühib İranın Taliban terror təşkilatı ilə əlaqələrini kəskin tənqid edib.

 

O bildirib ki, rəsmi Tehran Taliban terror təşkilatı ilə əlaqələr qurmaqla, Əfqanıstanın milli təhlükəsizliyinə qarşı böyük təhdid yaradır.

 

Qeyd etmək lazımdır ki, İran Talibana hərbi, maddi və siyasi dəstək verən başlıca ölkələrdən biridir. Buna görə də, Əfqanıstanla İran arasında bu mövzu ətrafında dəfələrlə gərginlik yaranıb.

 

Xüsusilə də, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin 2018-ci ilin dekabr ayının 26-da Əfqanıstana etdiyi rəsmi səfərdən öncəki çıxışı bu gərginliyi daha da alovlandırmışdı. O, səfər ərəfəsində İranın Əfqanıstana məlumat verməklə, Taliban terror təşkilatı ilə danışıqlar apardığını və bu prosesin davam edəcəyini demişdi. Ə.Şamxani həmçinin Tehranın Əfqanıstanla Taliban arasında sülh danışıqlarının aparılmasında hər iki tərəflə əməkdaşlıq edəcəyini əlavə etmişdi.

 

Eyni zamanda, İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif də Əfqanıstanın gələcəyinin Talibansız mümkün olmadığını demişdi.

 

İranlı rəsmilərin bu çıxışları rəsmi Kabilin hiddətinə səbəb olmuşdu. Əfqanıstan XİN-in məsələyə münasibətində bildirilirdi ki, İranın Taliban terror təşkilatı ilə əlaqələri Əfqanıstana məlumat verilmədən qurulub və İran Xarici İşlər Nazirliyi Taliban terror təşkilatının sözçüsü kimi davranır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar