Əfqanıstan rəsmisi İran hökumətini günahlandırdı: "Onların məkrli planı müharibəni daha da mürəkkəbləşdirir”

2021-07-20 13:35

Əfqanıstan Mədəniyyət naziri Məhəmməd Qasım Vəfaizadə “Həşd əl-Şii” qruplaşmasının Əfqanıstanda aktivləşməsinə və İranın “Comhuri Eslami” (Jomhuri Eslami) qəzetinin bununla bağlı yaydığı məlumata kəskin reaksiya verib.

Gunaz.tv Quote | Gunaz article

İranın mühafizəkar “Comhuri Eslami” qəzeti iyulun 19-da Əfqanıstan paytaxtı Kabildə “Həşd əl Şii” yarı-hərbi qruplaşmasının "Taliban"çılarla savaşmaq məqsədilə fəaliyyətə başlaması barədə məlumat yayıb.

Qəzetin yazdığına görə Əfqanıstandakı “Həşd əl Şii” qruplaşmasının komandanı Seyid Həsən əl Heydəri adlı bir şəxsdir.


Əfqanıstanın yüksək vəzifəli rəsmisi Məhəmməd Qasım Vəfaizadə iyulun 19-da mediaya açıqlamasında İran hakimiyyətinə yaxın “Comhuri Eslami” qəzetinin yaydığı məlumata kəskin reaksiya verib, İran rejimini yaratdığı bu kimi muzdlu qruplaşmalar vasitəsilə ölkəsinin daxili işlərinə qarışmağa cəhddə günahlandırıb.


“Həşd əl Şii”, əcnəbilərin oyuncağı olan muzdlu bir yarı-hərbi qruplaşmadır. İran hökuməti bu məkrli planla və bu kimi şayiələr yaymaqla Əfqanıstanda gedən savaşı genişləndirir, bu müharibəni daha da mürəkkəbləşdirir.


Hesab edirik ki, Əfqanıstan xalqına qarşı bu kimi provakativ addımlar və belə təhdidlər elə bir atəşi alovlandırır ki, sonunda bu alovlar onun özünü də bürüyəcək.


Əcnəbilərin əlaltısı olan bu kimi muzdlu qruplaşmaların Əfqanıstan xalqının içində yeri yoxdur”, -deyə, Məhəmməd Qasım Vəfaizadə bildirib.


Xatırladaq ki, hazırda İraqda fəaliyyət göstərən “Həşdi-Şabi” yarı hərbi qruplaşması son illər “Sepah” terror təşkilatının “Qüds” briqadasının birbaşa maliyyə və hərbi dəstəyi ilə yaradılıb.

“Sepah”ın “Qüds” qanadı daha sonra 2014-cü ildən başlayaraq, üzvləri Əfqanıstanın muzdlu şiələrindən ibarət olan “Fatimiyun” briqadasını yaradaraq, onları Bəşər Əsəd rejimini qorumaq üçün Suriyaya vuruşmağa göndərib. 


Bildirilir ki, İran rejimi İraqda yaratdığı həmin muzdlu qruplaşmanın oxşarını Əfqanıstanda da yaratmaq niyyətindədir.


Qeyd edək ki, Əfqanıstan hökuməti bundan əvvəl İrana müraciət edərək, bu ölkənin vətəndaşlarının iştirakı ilə yaratdığı “Fatimiyun” briqadasını ləğv etməsini tələb edib.

تصویری از نشست گروه فاطمیون در مشهد که مهم‌ترین گروه شبه‌نظامی افغانستان تحت حمایت سپاه پاسداران به شمار می‌رود

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Putin Təhlükəsizlik Şurasının iclasında MDB ölkələri ilə münasibətləri müzakirə edəcək

2021-07-23

gun az article

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

2021-07-23

gun az article

Rövşən Rzayev Cahit Bağcı ilə görüşdü

2021-07-23

gun az article

Füzulidə 4 hərbçinin qalıqları tapıldı

2021-07-23

gun az article

Ukraynalı millət vəkili: "Azərbaycan diasporu ölkənin ictimai-siyasi həyatında iştirak edə bilər"

2021-07-23

gun az article

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi təyin edilib

2021-07-23

gun az article

İranda qatar relsdən çıxaraq aşıb

2021-07-23

gun az article

"Dinc aksiyaçılara qarşı həyata keçirilən repressiyalar dəhşətlidir"- “Amnesty İnternational” İranı ittiham etdi

2021-07-23

gun az article

Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

2021-07-23

gun az article

Daşkəsəndə yeni məktəb tikiləcək

2021-07-23

gun az article

Ağdamın Göytəpə kəndi - VİDEO

2021-07-23

gun az article

Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23

gun az article

Erməni silahlı birləşməsinin 13 üzvünə hökm oxundu – Məhkəmə başa çatdı

2021-07-23

gun az article

Şuşaya dəmir yolu çəkilir

2021-07-23

gun az article

Etirazlar İranın digər şəhərlərinə yayıldı: Əliqudərzdə “Xamneyiyə ölüm” şüarları səsləndi -VİDEO

2021-07-23

gun az article

Azad Ağdam yenidən qurulur-O yenə AĞ şəhər olacaq...

2021-07-23

gun az article

“Türkiyənin Avropa Birliyinə qoşulmasını gözləmirəm” – Almaniya kansleri Merkel

2021-07-23

gun az article

Bakıda daha 13 erməni terrorçunun məhkəməsi başlayıb

2021-07-23

gun az article

Prezident: "Ermənistanın siyasi gündəliyini biz formalaşdırırıq"

2021-07-22

gun az article

Əfqanıstanda qırğın: 100-dən çox dinc sakin öldürüldü

2021-07-23