SON XƏBƏRLƏR

Əfqanıstan XİN-dən İranın Talibanla müzakirələrinə reaksiya: “Sülh danışıqları Əfqanıstan dövləti vasitəsilə aparılmalıdır”

2021.10.20, 07:36
Əfqanıstan XİN-dən İranın Talibanla müzakirələrinə reaksiya: “Sülh danışıqları Əfqanıstan dövləti vasitəsilə aparılmalıdır”

Gunaz.tv

GünAz TV: Əfqanıstan Xarici İşlər Nazirliyi İranın Taliban terror qruplaşması ilə bu ölkədə sülhə nail olmaq istiqamətində apardığı danışıqlara reaksiya bildirib. Nazirliyin sözçüsü Səbğətullah Əhmədi deyib ki, Əfqanıstanda sülhün bərqərar edilməsi üçün aparılan danışıqlar bu dövlətlə aparılmalıdır, Taliban ilə deyil.

 

3 yanvar tarixində İran prezident aparatının rəhbəri Məhəmməd Vaezi ölkəsinin Taliban ilə apardığı danışıqların Əfqanıstan dövləti ilə kordinasiyalı şəkildə baş tutduğunu və bu ölkənin rəsmi Tehran ilə Taliban arasında aparılan müzakirələrdən narazı qaldığı ilə bağlı bu günə qədər heç bir hal ilə rastlaşmayıb.

 

Son həftələr ərzində İran rəsmiləri bu ölkə ilə Taliban terror qruplaşması arasında danışıqların baş tutduğunu bildirmişdilər. Hətta dekabr ayının sonlarında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxaninin Əfqanıstana etdiyi rəsmi səfərdən bir neçə gün sonra Taliban qruplaşmasının nümayəndə heyəti 30 dekabr tarixində Tehrana gəlib, burada İran XİN-in siyasi məsələlər üzrə müavini Abbas Ərəqçi də daxil olmaqla bir çox rəsmilərlə görüşlər keçirmişdi.

 

Qeyd edək ki, İranın Taliban terror təşkilatına hərbi, mali və siyasi yardım göstərməsi ilə bağlı dəfələrlə Əfqanıstan və ABŞ da daxil olmaqla, bir çox ölkə tərəfindən məlumatlar yayılıb. Əfqanıstan Milli Təhlükəsizlik naziri Məhəmməd Məsum Stanekzi və Baş Qərargah rəisi Məhəmməd Şərif Yəftəli bir müddət əvvəl demişdilər ki, İranın Taliban qruplaşması ilə əlaqələri mövcuddur və bu ölkə terror qruplaşmanı silah-sursat və döyüş vasitələri ilə təmin edir. 

 

Eləcə də, 2016-cı ilin payız aylarında mühafizəkar agentlik “Canan.news”in yaydığı məlumatda Taliban terror təşkilatının o zamanki rəhbəri Molla Mənsurun 2 ay müddətində İranda qaldığı, burada müxtəlif orqanlarla görüşlər və müzakirələr keçirdiyi barədə məlumat yaymışdı. Molla Mənsur İranı tərk edəndən 1 həftən sonra isə öldürülmüşdü.

 

Amerikanın Əfqanıstandakı səfiri Con Bass da 2018-ci ildə BBC ilə müsahibəsi zamanı “Sepah”ın Taliban terror qruplaşmasına logistik dəstək göstərdiyini demişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar