SON XƏBƏRLƏR

ƏFQANISTANDA İRİMİQYASLI ƏMƏLİYYAT KEÇİRİLDİ

2021.10.20, 07:36
ƏFQANISTANDA İRİMİQYASLI ƏMƏLİYYAT KEÇİRİLDİ

Gunaz.tv
ƏFQANISTANDA İRİMİQYASLI ƏMƏLİYYAT KEÇİRİLDİ NATO əsgərlərinin Talibanla döyüşlərində 162 nəfər öldürülüb NATO qüvvələri Əfqanıstanın cənub-şərq vilayətlərində Taliban döyüşçülərinə qarşı irimiqyaslı əməliyyat keçirib. APA-nın məlumatına görə, Əfqanıstanın Paktika vilayəti ərazisində Pakistandan keçmiş 300-ə yaxın Taliban döyüşçüsü ilə döyüşlər 12 saatdan çox davam edib. Əməliyyat zamanı 150 Taliban döyüşçüsü öldürülüb. Fərəh vilayətində isə taliblərin gizləndiyi yerlərə endirilən hava zərbələri nəticəsində 12 dinc sakin dünyasını dəyişib. Onlardan doqquzu kişi, ikisi qadın, biri uşaqdır. Qeyd edək ki, iyulun 13-də Paktiya, Paktika və Xost vilayətlərində gedən döyüşlərdə İSAF qüvvələri 9 əsgərini itirib. Buna cavab olaraq İSAF komandanlığı ölkənin cənubunda taliblərə qarşı irimiqyaslı əməliyyata başlayıb. Hazırda əməliyyat davam edir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar