SON XƏBƏRLƏR

Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər

2021.10.20, 07:36
Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər

Gunaz.tv
“Əfqanıstandakı Azərbaycan sülhməramlıları qəhrəmanlıq göstərirlər” Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələr Komandanı, ABŞ Quru Qoşunları generalı Den MakNelil Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevə məktub göndərib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Azərbaycan sülhməramlılarının nümunəvi xidmətindən razılıq ifadə olunub: “Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaq, hər gün təhlükəsizliyə öz töhfəsini verir, tapşırıqların yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıq göstərir. Azərbaycanlı hərbçilər həmişə belə olublar, bundan sonra da belə olacaqlar. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənin üçün şərəfdir”. ---------------------------------------------------------------------- Moldovanın xarici işlər naziri: “Moldova GUAM-ı tərk etməyəcək” “Moldovanın GUAM-da iştirakı regional əməkdaşlığın xeyrinədir”. APA-nın məlumatına görə, bu bəyanatla Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Valeriu Ostalep çıxış edib. O bildirib ki, Moldova GUAM-ı tərk etməyə hazırlaşmır: “Moldovanın bütün sakinlərinin GUAM-ın münasib aspektlərindən yararlanması lazımdır. Heç kəs şübhə etməsin ki, biz bu strukturda iştirakımızı davam etdirəcəyik”. GAUM-ın baş katibi Valeri Çeçelaşvili isə qurumun daim tənqidlərə məruz qaldığını xatırladıb: “Hədəfə çevrilməyimiz gücümüzün göstəricisidir. GUAM – nüfuzlu strukturdur, buna görə də təşkilat barədə tez-tez şayiələr yayırlar. Zaman geçdikcə biz daha güclü və nüfuzlu olacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar