SON XƏBƏRLƏR

Əfqanları təhqir edən iranlı teleaparıcı etirazlardan sonra üzr istəməli olub

2021.10.20, 07:36
Əfqanları təhqir edən iranlı teleaparıcı etirazlardan sonra üzr istəməli olub

Gunaz.tv

GünAz TV: Əfqanların sosial şəbəkələrdə iranlı idman teleaparıcısı Əli Ənsariyanı kəskin tənqid etməsindən sonra o, əfqanlardan üzr istəməli olub.

 

Məsələ əfqanıstanlı idman teleaparıcısı Amanullah Qeysarinin yanvarın 6-da İran ilə Yəmən futbol komandaları arasında baş tutan görüşü canlı şərh edərkən işlətdiyi bir cümləyə görə başlamışdı. Stadionda görüşü izləyən qadın tamaşaçılar göstərilən zaman A.Qeysari demişdi ki, “sizin hazırda canlı olaraq izlədiyiniz bu görüntüləri iranlılar 1-2 dəqiqə təxir ilə izləyirlər. Hətta bəzən onlar heç bu təsvirləri görə bilmirlər”.

 

Əfqanıstanlı idman şərhçisi bu sözləri ilə İran rejiminin televiziya kanallarına qarşı tətbiq etdiyi senzulara işarə etmişdi. Belə ki, İran kanallarında bir çox hallarda müəyyən kadrlar ya göstərilmir, ya da görüntülər məhdudlaşdırılaraq yayımlanır.

 

Qeysarinin bu sözlərinə reaksiya verən “Persopolis” futbol komandasının keçmiş futbolçusu və hazırda İranın tanınmış idman şərhçilərindən hesab edilən Əli Ənsariyan əfqanların ləhcəsini ələ salaraq, demişdi ki, “Əziz dostum, biz elə şeylər görmüşük ki, siz heç vaxt görməmisiniz. Bundan başqa, yadında saxla ki, çox şeylərə görə borclu olduğun ölkə haqqında danışırsan”.

 

Əli Ənsariyanın bu sözləri əfqanların sosial şəbəkələrdə kəskin etirazına səbəb olmuşdu. Onlar bunu əfqan xalqına qarşı təhqir adlandırmışdılar. Bu etirazlardan sonra Əli Ənsariyan “bu sözləri ilə yalnız Amanullah Qeysariyə xitab etdiyini” və “yanlış anlaşıldığını” deyərək, öz twitter səhifəsində video müraciət yayaraq, əfqan xalqından üzr istəyib.

 

Qeyd edək ki, İran televiziya kanallarında tez-tez müxtəlif xalqların, eləcə də türklərin dilləri ələ salınır və özləri təhqir edilir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar