SON XƏBƏRLƏR

Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

2022.06.24, 09:50
Mehdiabad kitabxanasında kəşfiyyatçı İlkin Nəcəfovla görüş keçirilib

Gunaz.tv

Görüşdə Mehdiabad qəsəbə 1və 2 saylı tam orta məktəbin şagirdləri və "333"-lər ədəbi məclisinin üzvləri iştirak edib.
İlk olaraq, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Filialın müdiri, şair  Aytən Təhmasib qazi İlkin Nəcəfovu oxuculara təqdim edib.

Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən xüsusi  döyüşlərdə iştirak etmiş  kəşfiyyatçı İlkin Nəcəfov müharibə zamanı  qüdrətli ordumuzun gösdərdiyi şücaətlərdən,cəbhədə gördükləri və yaşadıqları hadisələrdən danışıb, oxucuları maraqlandıran və narahat edən çoxsaylı sualları cavablandırıb.

hOM02TT.jpg

Görüşdə "333"-lər ədəbi məclisinin üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq fakültəsinin tələbəsi Elza Axundova yazdığı "Erməni kinosunda Qarabağ mövzusu və ya Kinonun erməni tərəfi" adlı məqaləsi haqda danışıb, dini, tarixi və mədəniyyət abidələrimizin ermənilər tərəfindən dağıdılması mövzusunda müharibənin canlı şahidi qazi İlkin Nəcəfovun fikirlərini dinləməyin maraqlı olduğunu bildirərək ,ona suallar ünvanlayıb.

 Xocavənd və Cəbrayılın azad olunması uğrunda medalları ilə təltif olunmuş qazi İlkin Nəcəfov Azərbaycan əsgərinin və bütünlükdə Azərbaycan xalqının ermənilərdən fərqli olaraq, nə Vətən müharibəsində,nə də tarix boyu dinc əhaliyə və uşaqlara, eləcə də tarixi abidələrə dağıdıcı yanaşmadığını, həmişə humanistlik nümayiş etdirdiyini deyib.  

Sonda İ.Nəcəfov  şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı və diqqətə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib və bu cür tədbirlərin təşkil olunmasının yeniyetmələrin vətənpərvər ruhda yetişərək,gələcəkdə Milli Ordumuzun ön sıralarında cəsarətlə addımlamaları üçün böyük  əhəmiyyət daşıdığını vurğulayıb.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar