SON XƏBƏRLƏR

Əhərdə bir kişi qadın tərəfindən kimyəvi turşu hücumuna məruz qalıb

2021.10.20, 07:36
Əhərdə bir kişi qadın tərəfindən kimyəvi turşu hücumuna məruz qalıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Əhər şəhərində bir qadın hələlik məlum olmayan səbəbdən bir oğlanın üzünə kimyəvi turşu atıb.


Hadisə avqustun 24-də Əhər şəhərində xiyabanların birində baş verib.


Məlumata görə, 37 yaşlı qadının hücumuna məruz qalan 30 yaşlı oğlan ağır yanıq xəsarəti alıb, o dərhal xəstəxanaya çatdırılıb.
Hazırda Təbriz xəstəxanasında müalicə alan zərərçəkmiş şəxsin çox ağır vəziyyətdə olduğu bildirilir.


Oğlana hücum edən qadının da xəstəxanaya aparıldığı qeyd olunur. Onun əl və ayaq nahiyyəsindən yanıq xəsarətləri aldığı bildirilir.


Əhər Şəhər Polis İdarəsinin rəisi Yunis Münfərid “Əhər Xəbər” agentliyinin müxbiri ilə danışığında sözügedən qadının saxlandığını bildirərək hadisə ilə bağlı araşdırmalara başlandığını deyib.


Son vaxtlar Güney Azərbaycanda kimyəvi turşu ilə hücum faktlarına tez-tez rast gəlinir. Rejimin ayrı-seçkilik siyasətinə məruz qalan Azərbaycan şəhər və kəndlərində yoxsulluq, işsizlik, narkomaniya və s. kimi ictimai problemlər hökm sürür və nəticə etibarı ilə cəmiyyətdə cinayət faktları, depressiya, intihar, boşanma və s. halları artır. İranda demokratiya və fərdi azadlıqların olduqca məhdud olması da insanların davranışına xüsusi təsir edərək bir sıra ictimai problemlərə yol açır.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar