SON XƏBƏRLƏR

“Behişt-i Zəhra” qəbiristanlığında qəbir daşlarında qadınların hicabsız şəkillərinin həkk olunmasına qadağa qoyulub

2021.12.28, 13:17
“Behişt-i Zəhra” qəbiristanlığında qəbir daşlarında qadınların hicabsız şəkillərinin həkk olunmasına qadağa qoyulub

Gunaz.tv

Bu barədə “Behişt-i Zəhra” Təşkilatının icraçı direktoru Səid Qəzənfəri dekabrın 27-də mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, bundan sonra qəbir daşları üzərində qadınların hicabsız şəkillərinin həkk olunmasının qarşısı alınacaq.

“Həmçinin az təminatlı ailələr üçün qəbirlərin taksitlə satışı təşkil ediləcək. Hər bir qəbirin qiyməti isə 5 milyon tüməndən 25 milyon tümənə qədər təyin edilib.

Hazırda “Behişt-i Zəhra” məzarlığında 1 milyon 500 mindən çox qəbir var. 

Ailəvi məqbərələrin qiymətinə gəlincə, bu məzarlıqda  30 qəbirdən ibarət ailəvi məqbərələrin qiyməti 750 milyon tümən, 50 qəbirdən ibarət ailəvi məqbərələrin qiyməti isə 1 milyard 200 milyon tümən təyin edilib”, -deyə “Behişt-i Zəhra” Təşkilatının icraçı direktoru Səid Qəzənfəri bildirib. 

Qeyd edək ki, son iki ildə Tehranda koronavirusdan ölənlərin sayının artması və “Behişt-i Zəhra” məzarlığında yerlərin sayının azalması nəticəsində, həmin qəbiristanlığın bəzi hissələrində məzarlar iki və ya üç mərtəbəli şəklinə gətirilibb.

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar