SON XƏBƏRLƏR

Əhməd Cənnəti: “İşçilər rəhbərlərinin qanunsuz əməllərinin qarşısını almalıdırlar”

2021.10.20, 07:36
Əhməd Cənnəti: “İşçilər rəhbərlərinin qanunsuz əməllərinin qarşısını almalıdırlar”

Gunaz.tv

GünAz TV: İran Ekspertlər Məclisinin rəhbəri Əhməd Cənnəti müxtəlif qurumlarda çalışan işçiləri öz rəhbərlərinin korrupsioner əməlləri qarşısında səssiz qalmamağa çağırıb.

 

O bildirib ki, “idarələrdə işləyənlər bilməlidirlər ki, müdirləri beytul-malı yedikdə ona xəbərdarlıq etməlidirlər. Əgər hakim rüşvət alarsa, işçi onun bu addımının qarşısında dayanmalı və ona mane olmalıdır”.

 

Qeyd etmək lazımdır ki, son aylar ərzində İran rejiminin siyasi sistemində kəskin korrupsiya yayılması ilə bağlı xəbərlər yayılır. Hətta ölkə rəsmilərindən bəziləri də bu halı qınayırlar. Bir müddət əvvəl İran Milli Məclisinin deputatı və Ali Məsləhət Şurasının üzvü Əhməd Təvəkkülü bildirmişdi ki, korrupsiya İran siyasi sisteminin dağılmasının əsas səbəbi olacaq. O, həmçinin ölkədə kəskin surətdə rüşvətxorluğun yayıldığını da qeyd etmişdi.

 

Əhməd Cənnəti işçiləri müdirləri"dininin korrupsioner əməllərinə mane olmağa və bu cür hallarda müvafiq orqanlara məlumat verməyə çağırsa da, onun rəhbəri olduğu qurum, yəni Ekspertlər Məclisi 40 il ərzində heç vaxt “dini lider”in və onun nəzarətində olan orqanların fəaliyyəti barədə hesabat verməyib. Hansı ki, müxtəlif media orqanlarında Əli Xamneyiyə bağlı qurumların rüşvətxor və monopolist davranışları haqda məlumatlar öz əksini tapmaqdadır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar