SON XƏBƏRLƏR

Əhməd Ələmülhüda cümə namazının koronavirusa görə ləğv edilməsini tənqid edib

2021.10.20, 07:36
Əhməd Ələmülhüda cümə namazının koronavirusa görə ləğv edilməsini tənqid edib

Gunaz.tv

GünAz TV: Məşhədin imam-cüməsi Əhməd Ələmülhüda koronavirusa görə Rəzəvi Xorasanında cümə namazının ləğv edilməsini tənqid edib.

 

O, bu barədə qəbul edilən qərara itaət etdiklərini, lakin qərarın dini baxımdan doğru olmadığını deyib.

 

"Şəhər və ölkə karantinə alınmadığı, insanların açıq hava altında toplaşmasına icazə verildiyi, eləcə də imam Rza hərəmində lazım olan dezinfeksiya həyata keçirildiyi halda, cümə namazı kimi Allahın fərzinin ləğv edilməsinə heç bir bəraət qazandırmaq olmaz", - deyə axund əlavə edib.

 

Xatırladaq ki, İranın İmam-Cümələrin Siyasi Şurası ötən gün bir çox bölgələrdə koronavirus səbəbindən cümə namazlarını ləğv etmişdi.

 

Rəsmi statistikalara əsasən, İranda koronavirusa yoluxanların sayı 388, bu virusdan ölənlərin sayı isə 34 nəfərdir.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar