Əhməd Obalı Amerika Radiosuna Güney Azərbaycanın Quzey Azərbaycan ordusuna dəstəyilə bağlı müsahibə verib

2020-10-23 11:39

Əhməd Obalı bildirir ki, Güney Azərbaycan xalqı Quzey Azərbaycan Ordusunu öz ordusu sayır və onu dəstəkləyir.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycan Televiziyasının (GünAz TV) təsisçisi "Network West Wood One" televiziyası, eləcə də "WMILFM", "77 WABC" və "WLS" radiolarına verdiyi müsahibələrdə Qarabağ müharibəsi və Quzey Azərbaycan məsələsi barədə ətraflı danışıb. 


Proqramın aparıcısı Con Bətçılır Güney Azərbaycanda baş vermiş son etirazlara toxunub və "kürd, fars, erməni Azərbaycan düşməni" şüarının altında yatan məna ilə bağlı Əhməd Obalıdan fikirlərini soruşub. 


Bu şüar oktyabrın 18-də Güney Azərbaycanda Nurduzun bağlanması və İran rejiminin işğalçı Ermənistana göstərdiyi yardımları dayandırması tələbi ilə keçirilmiş eyləmlərdə səsləndirilib. Azərbaycanlılar əvvəllər "rus, fars, erməni Azərbaycan düşməni" şüarı səsləndirirdilər. Lakin bu dəfə rus sözü kürd ilə əvəz olunub. 


Əhməd Obalı qeyd edib ki, burada kürd PKK terror təşkilatına və onun Ermənistanı dəstəkləməsinə işarədir. 


"Fars millətçiliyi Ermənistanda himayət edir (dəstəkləyir) və bu şüarda fars sözü də fars millətçiliyini nəzərdə tutur. Ermənilər Azərbaycan Respublikasının təxminən 20%-ni işğal ediblər. Buna görə də, burada erməni sözünün batini mənası aydındır. 


Daha açıq desəm, bu şüarla tam olaraq razılaşmıram. Amma diqqət etmək lazımdır ki, bu şüarda fars deməklə bütün fars milləti, erməni deməklə bütün erməni milləti deyil, sadəcə olaraq Ermənistanın işğalçılığını dəstəkləyənlər nəzərdə tutulur."


Aparıcı bildirib ki, İranda qeyri- adi hadisə yaşandı. "Dini lider" Əli Xamneyinin 4 bölgədə- Təbriz, Urmu (Urmiya), Ərdəbil və Zənganda (Zəncan) olan nümayəndələri ortaq bəyanat yayaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəklədiklərini ifadə etdilər. Bu İslam Cumhuriyyətinin Azərbaycan Respublikasına qarşı yanaşmasının dəyişməsi hesab edilə bilərmi?


Əhməd Obalı: "İranın Ermənistanı dəstəkləməsi açıq- aşkardır. Azərbaycan cəmiyyətinin böyük hissəsi İranda yaşadığından, İran Azərbaycan Respublikasını təhlükəsizlik sahəsində özünə təhdid kimi görür. İran, həmçinin Ermənistana silah- sursat göndərir. Bu silah- sursatlar bəzən Rusiyadan İrana gətirilir, ordan da Ermənistana aparılır. Başqa sözlə desək, İran tamamilə Ermənistanı dəstəkləyir və bu məsələni inkar etmir. Xamneyinin 4 nümayəndəsinin Azərbaycan Respublikasına dəstək nümayiş etdirməsi Güney Azərbaycan xalqından qorxmaları və ictimai rəyi sakitləşdirmək üçün atılmış addımdır. Əslində isə İran Ermənistana dəstək göstərən ölkədir."


Aparıcı, həmçinin Güney Azərbaycan xalqının Araz çayı kənarında toplaşıb, Quzey Azərbaycan Ordusunu ruhlandırmasına toxunub və onların kim olduğunu soruşub. 


Əhməd Obalı: "Araz çayı İranla Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası və Ermənistan arasında sərhəddir. Araz çayının cənub hissəsinin əhalisinin 100%-i azərbaycan türklərindən ibarətdir. Onlar yaxından və öz gözləri ilə Azərbaycan Orudusunun qalib olduğunu və işğal altında olan torpaqları azad etdiklərini görürlər. Əlbəttə, Güney Azərbaycan xalqı Quzey Azərbaycan Ordusunu öz ordusu bildiyi üçün onu ruhlandırır. Quzey və Güney Azərbaycan xalqları həm tarixi, həm də milli baxımdan birdirlər."


Müsahibənin tam səs faylın dinləmək üçün bu linkə klikləyin. 

 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Nov.23.2020 : “Xarici diplomatlar Ermənistanın vəhşiliyinə şahid oldular”

2020-11-23

gun az article

Qərbi Azərbaycan əyalətində çoxlu sayda silah və döyüş ləvazimatı ələ keçirilib

2020-11-23

gun az article

“Radio Fərda” Güneyli milli-mədəni fəal Səhənd Məali haqqında veriliş hazırlayıb

2020-11-23

gun az article

İranın cavan Rabitə və İnformasiya Texnologiyaları nazirinin Azərbaycan adı ilə düşmənliyi davam edir- FOTO

2020-11-23

gun az article

İranın təhlükəsizlik qüvvələri dini azlıqların evlərinə basqın edib

2020-11-23

gun az article

Kürd qaçaqmalçılar əfqan mühacirləri işgəncələrə məruz qoyublar- VİDEO

2020-11-23

gun az article

Urmiya gölündə suyun azalması davam edir

2020-11-23

gun az article

42 ay mübarizədən sonra güneyli “Onur” öz adını sənədləşdirə bilib

2020-11-23

gun az article

Türklərin tarixi əsəri İsfahanın metal tullantıları arasında tapılıb

2020-11-23

gun az article

Güney Azərbaycanın 3 milli-mədəni fəalının məhkəmə iclası keçirilib

2020-11-23

gun az article

Təbrizin “Traxtur” futbol Klubunun yeni icraçı direktoru seçilib

2020-11-23

gun az article

Mühəndis Əlirza Fərşinin Böyük Tehran Həbsxanasından azadlıq mesajı

2020-11-22

gun az article

"Həmədan Əyalətinin Mətbuat Tarixi" kitabı nəşr olunub

2020-11-22

gun az article

Abbas Lisani zindanda oturaq aksiya keçirib, məsullar cavab verməyə məcbur olublar: Görüş qadağası ləğv edilib, amma telefon əlaqəsi yox

2020-11-22

gun az article

GünazTV Nov.21.2020 : “Azərbaycan ordusu işğaldan azad edilən Ağdamdan Ali Baş komandana əsgər salamı verdi”

2020-11-21

gun az article

GünazTV Nov.20.2020 : 10Noyabr Bildirisindən sonra,Qarabağın Gələcəyi və Türkiyə_Rusya münasibətləri

2020-11-21

gun az article

GünazTV Nov.20.2020-Azadlıq səsi: Prezident Əliyev Xudafərinə səfəri və İranın narahatçılığı

2020-11-21

gun az article

Şərqi Azərbaycanın mədən gəlirlərinin 80% -i əyalətə qaytarılmır

2020-11-21

gun az article

"Əhər-Təbriz" yolunda ağır yol qəzası baş verib

2020-11-21

gun az article

Qərbi Azərbaycanda havanın tempraturu aşağı düşəcək, qar yağacaq

2020-11-21