Əhməd Obalı Avropada Güney Azərbaycanla bağlı mühüm görüşlər keçirib

2017-03-16 11:25

GünAz TV : Güney Azərbaycan Televiziyasının qurucusu və başqanı Əhməd Obalı bu günlərdə bir sıra Avropa ölkələrində səfərlərdə olub.

 

Bu barədə Musavat.com-a Əhməd Obalı məlumat verib. O bir həftə ərzində Fransa, İsveçrə (Suis) və Böyük Britaniyada görüşlər keçirdiyini bildirib.

 

Parisdəki azərbaycanlılarla görüşdən sonra reallaşdırdığı İsveçrə səfəri həmin ölkənin parlamentinin dəvəti ilə baş tutub. Ə.Obalı burada keçirilən toplantılarda insan haqları məsələsi, İranda yaşayan etniklərin durumu ilə bağlı müzakirələrə qatılıb: “İranda yaşayan hər xalqın bir nümayəndəsini dəvət etmişdilər. Azərbaycandan da məni seçmişdilər. Ancaq mən düşündüm ki, bizə dəstək verənlərlə yanaşı, əleyhimizə çıxan qüvvələr də var. İddialar ola bilərdi ki, Əhməd Obalı siyasət adamıdır, insan haqları müdafiəçisi deyil. Həm də bizim başqa görüşlərimiz də olacaqdı. Mən də insan haqları müdafiəçisi olmadığıma görə, Parisdə yaşayan doktor Maşallah Rəzmini tapdım və o Güney Azərbaycan məsələsi, İrandakı durum, bu ölkənin gələcəyi, etniklərin arzusu, istəyi haqqında müzakirələrdə o danışdı, mən də müşahidəçi kimi iştirak etdim. Ancaq daha sonra keçirilən digər özəl toplantılara qatıldım ki, kimlərinsə əlinə fürsət düşməsin”. Ə.Obalı deyib ki, toplantıdan sonra İranda yaşayan etniklərin nümayəndələri - ərəb, bəluc, kürd, azərbaycanlı təmsilçilərin birgə toplantısı olub, məqsəd və məramlar geniş müzakirə edilib.

 

Onun sözlərinə görə, etniklərin mümayəndələrinin iştirakı ilə bu mövzu ətrafında GünAz TV-də dəyirmi masanın keçirilməsi barədə də təklif səsləndirib.

 

Ə.Obalı daha sonra Londona gedib, Beynəlxalq Əfv Təşkilatının mərkəzi ofisində olub: “Orada azərbaycanlıların hüquqları ilə bağlı birgə çalışdığımız dostlarla görüşdük. Mən İrandakı azərbaycanlıların pozulan hüquqları, onların müdafiəsi üçün hansı işlərin görülə biləcəyi barədə geniş müzakirələrimiz oldu. Beləliklə, bir həftə ərzincdə həm Paris, həm Bern, həm də Londonda milli məsələlərimizi müzakirə etdik. Hesab edirəm ki, çox faydalı görüşlər oldu". Musavat.com

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İran Zəngəzurda iki tunel tikməyi planlaşdırır

2021-06-18

gun az article

İranda silahlı insident: Qaşqay türkü hücuma məruz qaldı-FOTO

2021-06-18

gun az article

Gilanda həbslər olub: "Seçkini pozmaq" ittihamı ilə 27 nəfər saxlanılıb

2021-06-18

gun az article

Güney Azərbaycanın Şəbistər mahalında seçkilər dayandırıldı

2021-06-18

gun az article

Mərənddə siyasi məhbus Əlirza Fərşiyə dəstək şüarları yazılıb

2021-06-18

gun az article

İranda prezident seçkiləri: Səsvermə sönük keçir-VİDEO

2021-06-18

gun az article

Tanınmış araşdırmaçı Brenda Şaffer Xudafərin körpüsünü ziyarət edib

2021-06-18

gun az article

Beynəlxalq Əfv Təşkilatı: "İbrahim Rəisi cinayət məsuliyyətinə cəlb olunmalıdır"

2021-06-18

gun az article

İranda seçki: Təbriz və Zənganda sistem çökdü, səsvermə 4 saat gecikdi

2021-06-18

gun az article

"İnqilab liderini təhqir etmək"də suçlandırılan milli fəal barədə həbs qərarı çıxarıldı

2021-06-18

gun az article

GünazTV June.17.2021-Sözümüz: Seçkilər

2021-06-18

gun az article

GünazTV June.17.2021- Düşünməyə Çağırı: Milli Simvollarımız, İranda Sözdə Seçkilərdə Azərbaycan

2021-06-17

gun az article

Güney Azərbaycan prezident seçkilərində iştirak etməyəcək: “Hamısı yalan danışır, səs verməyəcəyik”-VİDEO

2021-06-17

gun az article

Sərəskənddə qadın xeyriyyəçi məktəb tikdirir

2021-06-17

gun az article

Güney Azərbaycan üzrə COVİD-19 statistikası açıqlandı

2021-06-17

gun az article

Güneyli siyasi məhbuslar Evin həbsxanasının ETTELAAT bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Urmu Birlik Səsi”nin namizədlər siyahısı ilə bağlı təxribat- Əhməd Obalı xəbərdarlıq etdi-VİDEO

2021-06-17

gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17