SON XƏBƏRLƏR

Əhməd Obalı: İranda millət hər şeyə hazırdır, bu rejimin qalmasına hazır deyil – Müsahibə / VİDEO

2021.10.20, 07:36
Əhməd Obalı: İranda millət hər şeyə hazırdır, bu rejimin qalmasına hazır deyil – Müsahibə / VİDEO

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla nüvə sazişindən çıxması qərarını elan etməsindən sonra Tehrana qarşı iqtisadi sanksiyalar bərpa edilir.

 

Ekspertlər sanksiyaların İran iqtisadiyyatını zəiflətməklə yanaşı, Tehranın Yaxın Şərqdə nüfuzunun azalmasına gətirib çıxara biləcəyini bildirir. GünAz televiziyasının rəhbəri Əhməd Obalı “Amerikanın Səsi”nə müsahibəsində ABŞ-ın İranla nüvə sazişindən çıxmasının ardınca Tehrana qarşı sanksiyaların iqtisadi və siyasi təsirlərini şərh edib.

 

Əhməd Obalının sözlərinə görə, prezident Trampın Tehranla nüvə sazişindən çıxmaq qərarı güney  azərbaycanlılar arasında dəstəklə qarşılanıb. O bildirib ki, 2015-ci ildə dünya qüdrətləri ilə İran arasında nüvə sazişinin imzalanmasından sonra ölkəyə böyük miqdarda maliyyə axını oldu, lakin insanların iqtisadi durumun yaxşılaşması və İranın beynəlxalq təcriddən çıxması ilə bağlı gözləntiləri özünü doğrultmadı.

 

Millətin iqtisadi durumu heç yaxşı olmadı. Siyasi cəhətdən basqılar çoxalıb, edamların sayı çoxalıb, işsizlik artıb, inflasiya artıb.

 

“Yüz milyon dollarla pullar İrana qayıtdı, amma insanlara o pullardan heç nə çatmadı. Və o pullardan rejim daha da çox istifadə etdi, məntəqədəki dövlətlərin daxili işlərinə müdaxiləyə. Millətin iqtisadi durumu heç yaxşı olmadı. Siyasi cəhətdən basqılar çoxalıb, edamların sayı çoxalıb, işsizlik artıb, inflasiya artıb. İran tüməninin dəyəri bilirsiniz ki, bu son zamanlar daha da azaldı, sanksiyalardan əvvəl və bu qərar elan olmadan əvvəl də azalmışdı. Yəni millət deyir ki, əgər belədir, ya bu dövlət dərs alar, ya da yıxılar.”

 

İran dövlətinin bazasının nə qədər zəiflədiyinin biz öz gözlərimizlə şahidi olduq. İranda ümumiyyətlə bir partlayış gözlənilir.

 

Əhməd Obalı İranın qarşıladığı iqtisadi problemlər arasında maliyyə sistemində şəffaflığın olmaması, hökumətdə korrupsiya (fəsad-i mali), yüksək işsizlik səviyyəsini qeyd edib. O, eyni zamanda Tehranın Suriyada münaqişəyə müdaxiləsinin böyük maliyyə hesabına başa gəldiyini bildirib.

 

Əhməd Obalı bildirib ki, keçən ilin sonu və bu ilin əvvəli İranda baş qaldıran etiraz nümayişlərinin əsas səbəbi əhalinin iqtisadi durumunun ağır olması ilə bağlı idi. “İran dövlətinin bazasının nə qədər zəiflədiyinin biz öz gözlərimizlə şahidi olduq. İranda ümumiyyətlə bir partlayış gözlənilir. Millət hər şeyə hazırdır, bu rejimin qalmasına hazır deyil.”

 

Müsahibənin videosunu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/%C9%99hm%C9%99d-obali-iranda-mill%C9%99t-h%C9%99r-%C5%9Fey%C9%99-haz%C4%B1rd%C4%B1r-bu-rejimin-qalmas%C4%B1na-haz%C4%B1r-deyil/4400177.html

 

N.S

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar