Əhməd Obalı: "Qarabağa casuslar yerləşdirmək istəyirlər”

2021-03-01 09:06

-“Mehr” xəbər agentliyi Xamneyiyə bağlıdır.

Gunaz.tv Quote | Gunaz article

- O xanım müxbir ingilis dilini pis bilir, sualı ona yazıb vermişdilər.

- İran özü terrora dəstk verən dövlətdir. Bu, sübutlarla açıq bəyan edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da daxili və xarici mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə iranlı xanım jurnalist “Qarabağın azad edilməsində terrorçuların iştirakı” barədə sual verib.


Qeyd edək ki, 44 günlük Vətən savaşının gedişində İran rəsmiləri bu məsələni qabardır, guya Azərbaycanın Qarabağda savaşmaq üçün Suriyadan terrorçu gətirdiyini iddia edirdi. Savaşdan sonra İran rəsmiləri Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi.


İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də Bakıya səfər etdi. İran Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini bildirdi. Türkiyə, İtaliya şirkətlərinə “yaşıl işıq” yandırıldı, amma İrana “hə” deyilmədi. Bu gün müxbirin dili ilə İran “terrorçu” söhbətini gündəmdə saxlayır. İran Qarabağda quruculuq işlərindən kənarda qaldığı üçün qəzəblidir?


ABŞ-da yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) başqanının müavini, Güney Azərbaycan Televiziyasının (günaz.tv) sahibi Əhməd Obalı Cebhe.info-ya açıqlamasında deyib ki, müxbirin həmin sualı verməsi İranın Azərbaycana qarşı düşmənçiliyinin davam etdiyini göstərir:


“Sualı verən “Mehr” xəbər agentliyinin müxbiridir. Bu agentlik İranın Ali Dini lideri Seyidəli Xamneyiyə bağlıdır. İran elitasında Azərbaycan Respublikasına düşmən mövqedən yanaşırlar. Səbəb də İranda yaşayan 35 milyon Azərbaycan türküdür. Onlar əslində Güneydən narahatdırlar. Çünki Azərbaycan Respublikası Güneyə örnəkdir. “Mehr” xəbər agentliyi Azərbaycana düşmən münasibət bəsləyən qüvvələrə tərəfindən yönləndirilən bir media orqanıdır.


Azərbaycan onlara nə qədər dost da desə, yenə bizə düşmən mövqedədirlər. Mən bir məsələni müşahidə etdim. Xanım müxbir sualı verdi. Sual ingilis dilində səlist tərtib olunmuşdu.


Lakin Azərbaycan Prezidenti sualı cavablayanda, xanıma sual verəndə məlum oldu ki, müxbir ingilis dilini səlist bilmir. Yəqin ki, sualı yazıb ona vermişdilər. Adətən mərkəzdən sifariş edilir ki, bu sualı verin.


Azərbaycan İrana nə qədər dost kimi yanaşsa da İran öz qərəzini yerə qoymur. 44 günlük savaş zamanı “Azərbaycana terrorçular gəlib”, “ermənilərə qarşı vuruşanlar terrorçulardır” kimi fikirləri müxtəlif dairələri yayırdı. Ermənistan, İran və Rusiyada bəzi erməni meylli qruplar idi. Rusiyada artıq bundan danışan yoxdur.


Ermənilər də artıq bundan danışmır. Lakin İran bu məsələni gündəlikdə saxlayır və yenə qızışdırmağa çalışır. Çünki bu, onların siyasətidir. Bir yalanı dövrüyəyə buraxırlar, sonra cilalayırlar, təkrar-təkrar gündəmə çıxarırlar. İstəyirlər ki, bu yalan çeynənsin və “həqiqət”ə çevrilsin. Yadınızdadırsa, İranın Xarici İşlər naziri Cavad Zərif İrəvanda da bu məsələni qaldırdı”.


“Qarabağa casuslar yerləşdirmək istəyirlər”

İran Azərbaycana heç zaman dost kimi yanaşmağını vurğulayan Əhməd Obalı hesab edir ki, Qarabağda quruculuq işlərində iştirak məsələsi də məqsədlidir: “Onların Qarabağa böyük qayıdış layihəsində, tikinti-quruculuq işlərində iştirak etmək istəyi də məqsədlidir. Onlar inşaatçı adı ilə Qarabağa casuslar yerləşdirmək istəyirlər. Tikintini də elə aparacaqlar ki, sonradan problem yaransın, Azərbaycana ziyan dəysin”.


“İran özü terrora dəstək verən dövlətdir”

Əhməd Obalının fikrincə, bundan sonra İrana qarşı açıq oynamaq lazımdır: “Mən Azərbaycan Prezidentinə minnətdarlıq etmək istəyirəm ki, xarici jurnalistlərin qarşısında iranlı müxbirə diplomatik cavab verdi, yerində oturtdu ki, xanım gülünc vəziyyətdə qaldı. Lakin əsas məsələ onların arxasında olan qüvvələrdi. Madam Azərbaycana düşmənçilikdən əl çəkmirlər, bizi şantaj edirlər, gərək biz də deyək ki, İran bütün dünyada terrora dəstək verən dövlət kimi tanınıb.
Aydın/Cebhə.info


C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda "yaşıl soyqırım": Nadir ağaclar məhv edilir-VİDEO

2021-04-17

gun az article

“Şəhid qəlbi-lalələr”: Aygün Muradxanlının Qarabağdan Güney nisgilli VİDEO-REPORTAJI

2021-04-17

gun az article

Şərqi Azərbaycanın 63 yaşlı qubernatoru koronavirusa yoluxdu

2021-04-17

gun az article

Ərdəbildə zəlzələ baş verdi

2021-04-17

gun az article

İran-Çin anlaşması: "Acı nəticələrini yaxın gələcəkdə görəcəyik"-Sadiq İsabəyli

2021-04-17

gun az article

Təhlükəsizlik məmurları tərəfindən oğurlanan milli fəal Qasım Mahmudiyə işgəncə verilib-FOTOLAR

2021-04-17

gun az article

Urmu gölünün "faciəsi" "Google"da: 40 illik quruma prosesi belə təsvir edilib-VİDEO

2021-04-17

gun az article

GünazTV April.16.2021: Körpü: Sulduz Qətliamının İldönümü və Batı Azərbaycan'da İran'ın Terör Siyasəti

2021-04-17

gun az article

GünazTV April.16.2021-Azadlıq səsi: İranda vətəndaşların seçkilərə qatılmaması və rejimin planları

2021-04-17

gun az article

Korrupsioner məmurları ifşa edən zənganlı jurnalist cəzalandırıldı-FOTO

2021-04-16

gun az article

İran hökumətindən irqçi layihə: Uşaqlara 4 yaşından fars dili öyrədiləcək

2021-04-16

gun az article

"Xudafərindən yayınlanan veriliş Güneydə maraqla qarşılanacaq"-Rəy-VİDEO

2021-04-16

gun az article

Qəzvinli şahmatçı Abtin Ataxan beynəlxalq dərəcəli usta adını ala blər

2021-04-16

gun az article

İran ziyalıları rejimə qarşı: “Hakimiyyət özünü qorumaq üçün İranı məhvə sürükləyir”-Sədrəddin Soltan

2021-04-16

gun az article

Soyuqbulaqda narkotik əməliyyatı: Külli miqdarda psixiatrik maddə aşkar edildi

2021-04-16

gun az article

Qərbi Azərbaycanda təhsil problemi: Məktəblilərin əksəriyyəti onlayn dərsə girə bilmir

2021-04-16

gun az article

GünazTV April.15.2021-Sözümüz: İran və Turan Şahnamədə

2021-04-16

gun az article

GünazTV April.15.2021- Düşünməyə Çağırı: Tarixi Qəhrəmanlarımız Məsələsi

2021-04-16

gun az article

Güney Azərbaycanlı gənc alim Aydın Muradxani müvəqqəti azadlığa buraxılıb

2021-04-15

gun az article

Siyasi məhbus Həmid Mənafinin sağlıq durumu yenidən pisləşdi-SON DƏQİQƏ

2021-04-15