SON XƏBƏRLƏR

Əhmədinecat dolların ucuzlaşmasında ABŞ-ı təqsirləndirib

2021.10.20, 07:36
Əhmədinecat dolların ucuzlaşmasında ABŞ-ı təqsirləndirib

Gunaz.tv
Əhmədinecat dolların ucuzlaşmasında ABŞ-ı təqsirləndirib «Böyük dövlətlər dolları qəsdən ucuzlaşdırıblar ki, bazarda öz iradələrini diqtə etsinlər» Iran prezidenti Mahmud Əhmədinecat dolların ucuzlaşmasında və neftin bahalaşmasında Amerika Birləşmiş Ştatlarını günahlandırıb. OPEK-in Beynəlxalq Inkişaf Fondunun toplantısında çıxış edən Iran prezidenti bildirib ki, böyük dövlətlər dolları qəsdən ucuzlaşdırıblar ki, bazarda öz iradələrini diqtə etsinlər. Mahmud Əhmədinecatın sözlərinə görə, rəsmi Vaşinqton dünyanın neftlə zəngin olan regionlarında psixoloji gərginlik yaradır və dünya iqtisadiyyatına ciddi zərbə vurur. Iran prezidenti vəziyyətdən çıxış yolu kimi, neft əməliyyatları üçün yeni pul vahidinin dövriyyəyə buraxılmasında görür. Amerikada isə neftin bahalaşmasının günahını OPEK-in özündə görürlər. Amerikanın ictimai xadimlərindən biri nefti qəsdən bahalaşdırdığına və iqtisadi terrorizmlə məşğul olduğuna görə, yerli məhkəmələrin birində OPEK-ə qarşı iddia qaldırıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar