Əhmədinejad: “ETTELAAT-da ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13 20:43

İranın sabiq prezident Mahmud Əhmədinejad İsrailin İranın təhlükəsizlik qurumlarındakl dərin nüfuzu barədə ifşaedici bəyanatlar səsləndirib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə İranda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü, prezidentliyə səlahiyyəti rədd edilmiş keçmiş prezident Mahmud Əhmədinejad iyunun 11-də verdiyi bir video- müsahibədə danışıb.

Əhmədinejadın ifşaedici yeni açıqlaması İsrailin təhlükəsizlik xidməti olan "Mossad"ın keçmiş rəhbəri Yossi Kohenin İranın gizli nüvə proqramı ilə bağlı çoxlu mühüm sənədin oğurlanaraq ölkədən çıxarılması və İsrail casuslarının İranın ən həssas təhlükəsizlik və hökumət qurumlarına nüfuz etməsi ilə bağlı açıqlamasından bir gün sonraya təsadüf edib. 


İsrail casuslarının 2018-ci ildə Tehranın Durquzabad (Turquzabad) məntəqəsində yerləşən gizli bir anbarda saxlanan külli miqdarda nüvə sənədləri arxivini ələ keçirməsinə, eləcə də İranın Möhsün Fəxrizadə kimi bir neçə nüvə aliminin İsrailə bağlı qüvvələr tərəfindən öldürülməsinə toxunan Əhmədinejad deyib ki, İranın kəşfiyyat qurumlarına nüfuz etmiş “korrupsioner təhlükəsizlik bandası” bu kimi olayların baş verildiyi kimi cəmiyyətə işıqlandırılmasının qarşısını alır, məsələnin mahiyyətini ört-basdır etməyə çalışır.


“Nüvə alimlərinin terrorundan sonra sözü gedən həmin korrupsioner təhlükəsizlik bandası bu məsələni və nüvə sənədlərinin oğurlanmasını gizlədə bilmədiyi üçün bu məsələyə reaksiya verməli, öz mövqeyini bildirməli idi. Lakin onlar İsailin İranın həssas qurumlarına nüfuzunu gizlətmək və onu ört-basdır etmək üçün bir neçə bədbəxt və yazıq məhbusun sorağına getdilər və onlara dedilər ki, siz gəlin bu terror aktlarını öz üzərinizə götürün, biz isə bunun əvəzində sizi sərbəst buraxacağıq.  


Mən isə həmin zaman o vatkı ETTELAAT nazirinə etirazımı bildirdim və dedim ki, siz bir nəfəri televiziyaya çıxarıb ondan yalançı etiraflar almaqla xalqı nə yerinə qoyursunuz və bu məsxərə işlər nədir edirsiniz.

Dedim ki, bu terrorlar bir nəfərin işi ola bilməz.  Bildirdim ki, bu ən azından 50 nəfərlik bir şəbəkə üzvlərinin işidir. Siz isə bu terrorları bir nəfərin boynuna atmaqla həm özünüzü, həm də xalqı məsxərəyə qoymuş olursunuz. 


Maraqlıdır ki, sonradan İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) İsrail və onun İrandakı casusluq şəbəkəsi üzrə ən yüksək kəşfiyyat məmurunun özü də İsrail casusu çıxdı. Lakin bunu da ört-basdır etdilər və həmin şəxsin kimliyi açıqlanmadı. 


Hesab edirəm ki, əgər kimsə İsrailin Kəşfiyyat Nazirliyində yalnız bir casusu olduğunu iddia edirsə, demək ki, həmin şəxs İsrailin İrandakı casusluq şəbəkəsini gizlətməyə, onu ört-basdır etməyə çalışır.


Turquzabaddakı anbardan oğurlanan və gizli yollarla ölkədən çıxarılan nüvə sənədlərinə görə də nə tutulanlar oldu, nə də kimsəni sorğu-suala tutdular. Bu məsələ də dərindən araşdırılmadı və hər şey yenə də ört-basdır edildi”, -deyə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad bildirib. 

یوسی کوهن: اسرائیل با نفوذ اطلاعاتی خود در ایران، به جمهوری اسلامی اجازه  دستیابی به سلاح هسته‌ای نمی‌دهد | ایران اینترنشنال

Mossadın keçmiş rəhbəri Yossi Kohen


Qeyd edək ki, İsrailin təhlükəsizlik xidməti olan Mossadın keçmiş rəhbəri Yossi Kohen iyunun 10-da İsrail Dövlət Televiziyasının 12-ci telekanalına müsahibəsində Mossadın İrandakı gizli fəaliyyətindən və Tehranın yaxınlığındakı Turquzabad məntəqəsində yerləşən və nəzarət altında saxlanılan bir anbarda İranın nüvə fəaliyyətləri ilə bağlı külli miqdarda gizli sənədi necə ələ keçirdiklərindən danışıb.


O deyib ki, İranın nüvə alimi Möhsün Fəxrizadə terrora məruz qaımazdan əvvəl onun bütün fəaliyyəti və hərəkətləri iki il müddətinə İsrail kəşfiyyatının nəzarətində olub.


İranın nüvə proqramı ilə bağlı gizli sənəndlər arxivini ələ keçirmək əməliyyatında isə 20 nəfər iştirak edib. Həmin 20 nəfərdən heç biri yəhudi və ya İsrail vətəndaşı olmayıb. Onların hamısı da hazırda sağdır, bəziləri də artıq İranı tərk ediblər. Mossad isə bu əməliyyatı həyata keçirmək üçün iki il plan üzərində işləmişdi.


Burada isə İran İslam Respublikasının rəhbərlərinə səslənib onlara deyirəm: Əziz dostlar, bilin ki, biz sizin içinizə nüfuz etmişik”, -deyə Mossadın sabiq rəhbəri Yossi Kohen bildirib. 

gun az article

İsrailin baş naziri Benyamin Netanyahu

 

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu ilk dəfə 2018-ci il sentyabrın 27-də BMT Təhlükəsizlik Şurasında çıxış edərək, Tehranın cənubunda (Turquzabadda) yerləşən gizli bir anbarda külli miqdarda nüvə avadanlıqlarının və Tehranın nüvə fəaliyyəti ilə bağlı çoxlu sayda gizli sənədin saxlanılmasından və həmin sənədlərin Mossadın əlinə  keçməsindən danışımışdı.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04

gun az article

Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətirib

2021-08-04

gun az article

Naftali Bennet: “Tehranda rahat dinc yerdə oturub bütün Orta Şərqi alovlandırmaq dövrü artıq başa çatıb”

2021-08-04

gun az article

Paşinyan Rəisinin andiçmə mərasiminə qatılacaq

2021-08-04