SON XƏBƏRLƏR

Əhmədinejad: “İran rəsmiləri millətdən qorxur, diksinirlər” - VİDEO

2021.10.20, 07:36
Əhmədinejad: “İran rəsmiləri millətdən qorxur, diksinirlər” - VİDEO

Gunaz.tv

GünAzTV: İranın keçmiş prezidenti Mahmud Əhmədinejad aprelin 19-da Tehrandakı məscidlərdən birində tərəfdarları qarşısında etdiyi çıxışında, həmçinin mediaya açıqlamasında hakim rejimin çökmə ərəfəsində olduğu barədə ölkə rəhbərlərinə xəbərdarlıq edib.

 

Ölkənin yaşadığı ağır iqtisadi, siyasi və ictimai böhrana, xalqın rejimdən narazı olduğuna toxunan Əhmədinejad deyib ki, rəsmilər, o cümlədən də dini lider Əli Xamneyi, öz əməllərinin məsuliyyətini üzərinə götürməli, xalq qarşısında cavabdeh olmalı, onları qane etməyə çalışmalıdır: “Mən, ölkə liderinə yazdığım məktublarımda hakimiyyətin müxtəlif strukturlarında, xüsusən də Məhkəmə Sistemində islahatlar aparılması üçün bəzi təkliflər irəli sürmüşəm. Bu təklifləri qəbul edib-etməmək onların öz işidir. Lakin hesab edirəm ki, bu islam respublikası üçün sonuncu fürsətdir.

 

Şəxsən hesab edirəm ki, hazırda ölkə rəsmiləri ilə millt arasında olan bütün əlaqə telləri qırılıb, irtibat yolları bağlanılıb. Bunun da əlbəttə ki, səbəbi var. Səbəbi odur ki, ölkə rəhbərləri və digər rəsmilər ümumiyətlə millətdən qorxur, diksinirlər. Bu gün cəmiyyətin mətnində böyük və dərin dəyişikliklər baş verməkdədir. Bunu isə vaxtında dərk etmək lazımdır. Bunlar (rəsmilər) elə bilirlər ki, tutduğu postlarda həmişəlik qalacaqlar. Bir halda ki, ayaqlarının altı boşalıb, sadəcə olaraq onların bundan xəbəri yoxdur. Onlara elə gəlir ki, ayaqlarının altı bərkdir.

 

Bütün bunlara baxmayaraq, yüksək şüuru olan insanlar öz sözlərini danışır, arzu və istəklərini dilə gətirir, tələblərini irəli sürürlər. Lakin rəsmilər onların tələblərinə cavab verə bilmir, xalqı qane edə bilmirlər. Daha doğrusu onların xalqa verməyə şəffaf və düzgün bir cavabı da yoxdur. Məhz bunun üçün də millətdən qaçırlar.

 

Mən, açıq şəkildə xəbərdarlıq edib bildirirəm ki, bu gün xalqın əksəriyyəti hakimiyyətdən narazıdır. Əgər ölkədə təcili islahatlara başlanılmasa, qarşıdan çox güclü sel gələcək. Bir daha təkrar edirəm: islam respublikası köklü şəkildə islah olunmalıdır. Belə ki, rəsmilər, o cümlədən də ölkə rəhbəri etdikləri hər bir əməllərinə görə məsuliyyət daşımalı, cavabdeh olmalıdır. Çünki bu, həm islamın, həm də haqqın sözüdür”.

 

VİDEO:

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar