SON XƏBƏRLƏR

Əhmədinejadın dövründə nüvə müzakirələri aparmış heyətin üzvü korrupsiya ittihamı ilə həbs edilib

2021.10.20, 07:36
Əhmədinejadın dövründə nüvə müzakirələri aparmış heyətin üzvü korrupsiya ittihamı ilə həbs edilib

Gunaz.tv

GünAz TV: Mahmud Əhmədinejadın dövründə Qərblə nüvə müzakirələri aparmış heyətin üzvü, İran Gəmiçilik Təşkilatının sabiq icraçı direktoru Məhəmməd Səidinin rüşvət aldığına görə həbs edildiyi barədə məlumatlar yayılıb.

 

İran Dövlət Teleradio Şirkətinə məxsus “Cavan Jurnalistlər Klubu” saytı yaydığı xəbərdə M.S adlı avqustda istefa vermiş Gəmiçilik Təşkilatının sabiq rəsmilərindən birinin 4 milyon dollar rüşvət aldığına görə həbs edildiyi qeyd edilib.

 

Agentliyin yazdığı məlumatlar onun Məhəmməd Səidi olduğunu göstərir. Səidi cari ilin avqust ayında tutduğu vəzifədən istefa vermişdi.

 

Bir çox mənbələr onun İrana məxsus tankerin Cəbəli-Tariq tərəfindən saxlanmasına görə istefa verdiyini iddia etsə də, digər qism bunun səbəbinin Səidinin böyük korrupsiya əməlləri olduğunu bildirirdilər.

 

Məhəmməd Səidi Əhmədinejadın prezidentliyi dövründə İranın Atom Enerjisi Təşkilatının rəhbərinin müavini və nüvə müzakirəsi aparan diplomatik heyətin üzvü idi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar