SON XƏBƏRLƏR

Əhmədinejadla parlamentin arası açılır

2021.10.20, 07:36
Əhmədinejadla parlamentin arası açılır

Gunaz.tv

GünAzTv: Parlamentin mühafizəkar millət vəkili Məhəmmədrza Bahonər noyabrın 14-də “İran Mərkəzi Bankının Ümumi Yığıncağının” (Mərkəzi İdarə Heyyətinin) tərkibini dəyişdirmə layihə təklifi ilə çıxış edib.

Onun təklifi ilə Mərkəzi Bankın Mərkəzi İdarə Heyyətinın tərkibi və üzvlərinin seçilmə qaydası millət vəkilləri tərəfindən dəyişdirilib.

Yeni dəyişikliyə görə,  Mərkəzi bankın Mərkəzi İdarə Heyyətin 11 üzvü olacaq. Bu üzvlər 10 il müddətinə seçiləcəklər. 11 nəfərdən 7-si 15 illik iş təcrübəsi olan iqtisadçılar arasından prezidentin təqdimatı və parlamentin təsdiqi ilə seçilə bilər. Digər 5 nəfəri isə İran baş prokuroru, İran ticarət palatasının rəisi, ticarət naziri, iqtisadiyyat naziri və nəhayət proqramlaşdırma və idarəetmə komitəsinin sədrindən ibarətdir. Xatırladaq ki, bundan əvvəl Mərkəzi Bankının Mərkəzi İdarə Heyyəti 5 nəfərdən ibarət idi. Ticarət və iqtisadiyyat nazirləri, ticarət palatasının rəisi və  proqramlaşdırma və idarəetmə komitəsinin sədri ilə birgə prezident bu heyyətin üzvləri idə. Prezident eyni halda heyyətin sədri idi.

Yeni qanuna görə,  prezident bu heyyətin tərkibindən çıxarılıb. Bu qanuna hökumət nümayəndələri etirazının faydası olmayıb. Dövlət xəbər agentliyi İRNA isə tənqidi yazılarla parlamentin qərarını pisləyib. Agentlik parlamentin bu qərarını prezidentin bu dönəmdə əl- qolunu bağlamaq kimi dəyərləndirib.

Parlamentlə hakimiyyətin hər ikisi mühafizəkar qrupa  ait olsa da  bu iki güc arasında ciddi ixtilaflar mövcuddur. Prezident Əhmədinejad bir müddət əvvəl “Parlament bütün məsələlərin başında dayanmır” sözləri ilə parlamentin İran siyasi arenasında mövqeyini zəiflətməyə cəhd göstərmişdi. Parlament son zamanlar subsidiyalarla bağlı qanun layihələri və belə təkliflərlə hakimiyyətə öz mövqeyinin daha yüksək olduğunu bildirir.

Parlamentin sədri İranın növbəti president seçkilərində iştirak edə biləcək önəmli şəxsiyyətlərdən biri hesab olunur. Bəzi təxminlərə görə növbəti seçkilərdə spiker Laricaninin qrupu ilə prezident Əhmədinejadın təmsil etdiyi qrup arasında gərgin rəqabət olacaq. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar