Yayılan məlumata görə, metronun Kərəc-Tehran istiqamətinin yürüstü hissəsində baş verən qəza nəticəsində ən azı 22 nəfər bədən xəsarəti alıb.
Yayılan son xəbərə görə, yaralılardan 9-una hadisə yerində ambulator tibbi yardım göstərilib, 12-si isə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Xəstəxanaya yerləşdirilənlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xatırladaq ki, bu gün yerli vaxtla səhər saat 07:10 radələrində metronun Kərəc-Tehran istiqamətinin yürüstü hissəsində Kərəc-Gülşəhr dayanacağından Tehranın Sadiqiyyə stansiyasına doğru hərəkət edən metronun sürət qatarı Çitgər dayanacağında adi bir qatarla toqquşub.
Bildirilir ki, hadisədən sonra sərnişinlər qatardan təxliyə edilərək hadisə yerinə gələn 100 avtobuslarla şəhərə çatdırılıb.
Hazırda qatarların toqquşmasının səbəbinin araşdırıldığı, metronun Kərəc-Tehran istiqamətindəki fəaliyyətinin müvəqqəti olaraq dadyandırıldığı bildirilir.
A.M