SON XƏBƏRLƏR

Tehranın 3 zindanına 2 min etirazçı aparılıb

2022.09.28, 10:35
Tehranın 3 zindanına 2 min etirazçı aparılıb

Gunaz.tv

İnsan haqları təşkilatları və sosial şəbəkə fəallarının verdiyi məlumata görə, son 10 gün ərzində Tehranın 3 zindanına ən azı 2000 etirazı aparılıb.

Həbs edilən yüzlərlə qadının "Qərçək" zindanına yerləşdirildiyi, məhbusların istintaq altında olduqları bildirilir.

Məlumatda bu statistikanın sentyabrın 25-ə kimi olduğu, son 3 gün ərzində daha yüzlərlə etirazçının həbs edildiyi qeyd olunub.

Xəbərdə ilk dəfə olaraq saxlaılanların "Fəşafuyə" zindanına, bundan öncə məhkumluqları olanların isə "Evin" zindanına köçürüldükləri deyilir.

İnsan haqları təşkilatları son bir neçə gündə yalnız "Fəşafuyə" zindanına 1200 nəfərin köçürüldüyünü, onların ağır şərayitdə saxlanıldıqlarını bildirirlər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar