SON XƏBƏRLƏR

Tehranın İnqilab Məhkəməsində azərbaycanlı işçi hərəkatı fəalının məhkəməsi keçirilib

2022.10.18, 07:38
Tehranın İnqilab Məhkəməsində azərbaycanlı işçi hərəkatı fəalının məhkəməsi keçirilib

Gunaz.tv

Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı işçi hərəkatı fəalı Rza Şəhabinin məhkəməsi onun iştirakı olmadan Tehranın İnqilab Məhkəməsinin 26-cı bölməsində keçirilib.

Şəhabinin ailəsinə oktyabrın 16-da keçirilməsi nəzərdə tutulan məhkəmə iclasının ləğv edilməsi ilə bağlı məlumat verilməsində baxmayaraq, sonradan hakim Əfşar İmaninin başçılığı ilə qiyabi olaraq məhkəmə iclasının keçirildiyi bəlli olub.

Rza Şəhabi bir neçə xəstəlikdən əziyyət çəkir.

Buna baxmayaraq, bundan öncə məruz qaldığı təzyiqlər, uzun illik zindan həyatı və işgəncələr üzündən iki dəfə infarkt keçirib.

O, hər an həyatını itirə bilər.

Mayın 12-də həbs edilən fəal əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərindəndir və Tehran Avtobus Sürücüləri Birliyinin fəal üzvüdür.

O, saxlanıldıqdan sonra təcridxanaya köçürülüb və təhlükəsizlik məmurları tərəfindən işgəncə edilərək dindirilib.
Rza Şəhabi bundan öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. 

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar