SON XƏBƏRLƏR

Tehran yaxınlığında torpaq çökməsi baş verib: 12 yaşayış binasından əhali təxliyə edilib

2022.01.01, 11:15
Tehran yaxınlığında torpaq çökməsi baş verib: 12 yaşayış binasından əhali təxliyə edilib

Gunaz.tv

Bu barədə Nəsimşəhr bələdiyyəsinin sədri Yusif Nəsiri dekabrın 31-də mediaya açıqlamasında məlumat yayıb.

O deyib ki, yeraltı suların tükənməsi nəticəsində həmin ərazidə baş verən torpaq çökməsi nəticəsində dərinliyi 2, uzunluğu isə 15 metr olan çatlar əmələ gəlib.

“Torpaq çökməsi nəticəsində həmin ərazidə Nəsimşəhr məntəqəsində olan 12 yaşayın binasının sakinləri təxliyə edilib”, -deyə Nəsimşəhr bələdiyyəsinin sədri Yusif Nəsiri bildirib.

Qeyd edək ki, son vaxtlar İranın müxtəlif bölgələrində yeraltı suların tükənməsi və ölkədə baş verən quraqlıq nəticəsində torpaq çökmələri ilə bağlı hadisələrin sayı artıb.

فاجعه در نسیم‌ شهر | فرونشست ۱۵ متری زمین حادثه آفرید

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar