SON XƏBƏRLƏR

Tehran Universitetində yenidən etiraz aksiyası başlayıb

2022.09.24, 09:45
Tehran Universitetində yenidən etiraz aksiyası başlayıb

Gunaz.tv

Sentyabrın 24-ü günorta öyrəncilər "ölüm olsun diktatora" şüarları səsləndirib, dinc aksiyaçılara qarşı repressiyaları pisləyiblər.

Bundan öncə Tehran Universitetinin rəhbərliyi aksiyaların qarşısını almaq üçün dərslərin dayandırıldığını elan etməsinə baxmayaraq, öyrəncilər buna əhəmiyyət vermədən universitet həyətinə toplaşıblar.

Təbriz və başqa bir neçə şəhərdə də universitetlərdə dərslər dayandırılıb.

Xatırladaq ki, 1979-cu il inqilabında da analoji addımlar atılmış, Pəhləvi hökməti öyrəncilərin aksiyalarını önləmək üçün universitetləri bağlamışdı.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar