SON XƏBƏRLƏR

Tehran Avstraliyadakı fəalları təhdid edir

2022.11.13, 09:47
Tehran Avstraliyadakı fəalları təhdid edir

Gunaz.tv

İran hökuməti Avstraliyada yaşayan və son aylarda İran xalqlarının hökumət əleyhinə etiraz aksiyaları ilə həmrəylik nümayiş etdirən iranlı fəalları təhdid edib, bu, Avstraliya hakimiyyətinin bu məsələyə ciddi reaksiya göstərməsinə səbəb olub.

Avstraliyanın "SBS" xəbər agentliyinin noyabrın 10-da verdiyi məlumata görə, Avstraliya Xarici İşlər Nazirliyi İslam Respublikasının Kanberradakı müvəqqəti işlər vəkilini iranlıların təhdid edilməsi ilə bağlı sorğu-sual etmək üçün XİN-ə çağırıb.

Avstraliyada yaşayan iranlı mühacirlərin Tehran hökuməti tərəfindən təhdid edilmələri bu ölkənin polisi tərəfindən müəyyənləşdirilib və təsdiq edilib.

Avstraliya Xarici İşlər Nazirliyinin yüksək rütbəli məmurlarından biri olan Mark İnnes Braun İranın müvəqqəti işlər vəkili ilə danışdığını və hökumətinin Avstraliyadakı İran icmasına qarşı təhdid xəbərləri ilə bağlı narahatlığını ona çatdırdığını bildirib. 

O, xaricdə yaşayan iranlı mühacirlərin təhdid edilmələrini Tehran hakimiyyətinin hər zamankı işi olduğunu və buna görə təəssüfləndiyini deyib.

SBS-in məlumatına görə, Avstraliya rəsmiləri Avstraliya Federal  Polisinin İslam Respublikası tərəfindən Avstraliyada yaşayan iranlılara qarşı hədə-qorxu ilə bağlı xəbərləri araşdırdıqlarını təsdiqləyiblər.

“SBS”in yazdığına görə, İranda hökumət əleyhinə etirazlar və Avstraliyada iranlıların bu etirazlara dəstək nümayişləri başlayandan bəri İran səfirliyi Avstraliyada iranlı fəallara qarşı təqib və təhdidlərə başlayıb, bu isə hökumətin və Avstraliya Federal Polisinin hərəkətə keçməsinə səbəb olub.

Cavidan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar