SON XƏBƏRLƏR

Tehran əyalətində daha 1000 nəfər barədə ittiham aktı tərtib edilib

2022.11.02, 09:29
Tehran əyalətində daha 1000 nəfər barədə ittiham aktı tərtib edilib

Gunaz.tv

Onun sözlərinə görə, Tehranda həbs olunanlardan 1000 nəfərin ittiham aktı açıqlanıb. Onlardanbir neçəsi barədə edam cəzası ilə nəticələnə biləcək "yer üzündə fsad yaymaq" ittihamı irəli sürülüb.

O, Ali Məhkəmə Şurasının Ali Məhkəmənin rəhbəri ilə həftəlik iclasında bu xəbəri açıqlayıb və bu şəxslərin bir neçəsinin işinin İnqilab Məhkəməsində təyin edildiyini söyləyib.

Saxlanılanları iğtişaşçı adlandıran Elqasimehr, onları aksiyalarda əsas rol oynayan şəxslər kimi təqdim edib və
 həftə boyu məhkəmə iclaslarınınkeçiriləcəyini, müttəhimlərin cəzaları barədə qərar veriləcəyini bildirib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının verdiyi son məlumata görə, bu günə kimi həyata keçirilən etiraz nümayişlərində 15 min nəfərə yaxın vətəndaş həbs edilib.

İran rəsmiləri. məhkəmə və təhlükəsizlik sistemi nümayəndələri ənənəvi olaraq istənilən etiraz aksiyasını iğtişaş adlandırırlar.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar