SON XƏBƏRLƏR

Tehran yaxınlığında dəhşətli partlayış səsi eşidilib

2022.01.06, 09:52
Tehran yaxınlığında dəhşətli partlayış səsi eşidilib

Gunaz.tv

Yayılan məlumata görə, yanvarın 5-i axşam saatlarında baş verən partlayışın səsindən yerli əhali vahiməyə düşərək küçələrə axışıb.

Sosial şəbəkə istifadəçiləri Qüds şəhərciyi yaxınlığında bir raketin partladığını bildirsələr də, Əlbürz əyalətində SEPAH terror təşkilatının ictimaiyyətlə əlaqələr bölməsi bununla bağlı yayılan məlumatları təkzib edib.

O, partlayış səsinin SEPAH-a məxsus bir raketin təlim sınağında buraxılması ilə əlaqədar olduğunu iddia edib.

Qeyd edək ki, SEPAH terror təşkilatının hava-kosmik qüvvələrinin “Şəhid Qədiri” adlı bazalarından biri həmin məntəqədə yerləşir. 

Bundan başqa, İranın ötən ilin iyulunda naməlum pilotsuz uçuş aparatının hücumuna məruz qalan və sentrifuqalar istehsal edən “TESA” şirkətinin təsisatı da Qüds şəhərciyinin yaxınlığında yerləşir.
 
A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar