SON XƏBƏRLƏR

Tehran zindanında daha bir məhbus öldürülüb

2022.07.22, 05:59
Tehran zindanında daha bir məhbus öldürülüb

Gunaz.tv

İnsan haqları təşkilatının verdiyi məlumata görə, "Böyük Tehran" zindanında saxlanılan Səid kavusi adlı məhkum həyatını itirib.

Məlumatda onun məhbus yoldaşlarına istinadən bildirilib ki, zindan məsullları yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkən məhkumun müalicə olunmasına icazə verməyiblər.

Məhkumların Səid Kavusinin durumunun ağırlığı ilə bağlı müraciətlərinə cavab olaraq məsullar onun yalandan özünü xəstəliyə vurduğunu deyiblər.

Məhkumların kamera yoldaşlarının xəstəliyi və müalicəyə ehtiyacı olduğu ilə bağlı son müraciətlərindən bir neçə saat sonra 45 yaşlı Kavusi həyatını itirib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatı İran zindanları ilə bağlı yayınladığı 108 səhifəlik hesabatda İranda məhbusların saxlanma şəraitinin dözülməz olduğunu bildirib.

“İran hökuməti həbsxanaları bilərəkdən məhbuslar üçün ölüm otaqlarına çevirib”-deyə, hesabatda qeyd olunub. 

Hesabatda bildirilir ki, rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-i Urmu şəhər zindanının "payına düşür"

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar