SON XƏBƏRLƏR

Tehran zindanında məhbusun 4 barmağı kəsildi

2022.07.29, 06:35
Tehran zindanında məhbusun 4 barmağı kəsildi

Gunaz.tv

Belə ki, İranda son iki aydan daha qısa müddətdə Tehranda yerləşən Evin zindanının məhbuslarından birinin barmaqlarının kəsilməsi ilə bağlı xəbərlər dərc edilib. 
 
Mədəni fəal və keçmiş siyasi məhbus Arəş Sadiqi bu haqda iyulun 27-də Twitter hesabında yazıb: "Daha əvvəl oğurluqda ittiham olunaraq həbs edilən məhbusun barmaqlarının kəsilməsi hökmü bu gün səhər Evin zindanının sağlıq mərkəzində icra edildi". 
 
Fəalın bildirdiyinə görə, bu, mayın 31-dən bəri Tehran zindanında barmaqların kəsilməsi ilə bağlı icra edilən ikinci hökmdür. Qeyd edilən tarixdə Evin zindanında Bərat Hüseyni adlı məhbusun da bir əlinin 4 barmağı kəsilmişdi. 

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı iyunun 10-da yaydığı bəyanatda yaxın günlərdə İranda səkkiz məhbusun bədən əzasının kəsilməsinin təhlükələri barədə xəbərdarlıq etmişdi.

Təşkilat beynəlxalq ictimaiyyəti İran məhkəmə sistemi tərəfindən çıxarılan hökmləri dayandırmaq üçün bütün mövcud diplomatik vasitələrdən istifadə etməyə çağırıb. (Azad İran)

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar