SON XƏBƏRLƏR

SEPAH komandiri Tehrana vali təyin edildi

2022.11.21, 12:40
SEPAH komandiri Tehrana vali təyin edildi

Gunaz.tv

Xarici medianın verdiyi xəbərdə Fəxrainin vali seçilməsi İran hökumətinin indiki durumda dövlət vəzifələrinə hərbçilərin yerləşdirilməsinin artacağına nümunə kimi göstərilib.

İran mediasının verdiyi məlumatda Əlirza Fəxrainin hərbçi keçmişi ilə bağlı məlumat yaymamağa çalışılıb.

O, bundan öncə SEPAH-ın Xatəmülənbiya qərargahının rəis müavini vəzifəsində fəaliyyət göstərib.

Əlirza Fəxrai radikal mühafizəkar qanada bağlı komandirlərdən sayılır və buna görə də, onun Tehran valisi təyin olunması ilə yaxın günlərdə paytaxtda daha çox zorakılıq və ciddi təhlükəsizlik tədbirlərinin tətbiq olunacağı gözlənilir.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar