SON XƏBƏRLƏR

"Tehranda 185 "Bəsic" üzvü yaralanıb"-SEPAH-dan açıqlama

2022.09.29, 06:38
"Tehranda 185 "Bəsic" üzvü yaralanıb"-SEPAH-dan açıqlama

Gunaz.tv

Bu barədə sentyabrın 28-də Tehranın "Məhəmməd Rəsulullah" korpusunun komandanı Həsən Həsənzadə açıqlama verib.

O, "bəsic" döyüşçülərindən birinin kəllə sümüyünün sındığını,  döyüşçüsünün hazırda reanimasiyada olduğunu bildirib.

Həsən Həsənzadə etirazçılardan bir qisminin tapança ilə silahlandıqlarını iddia etsə də, yaralanan "bəsic" üzvlərindən heç birinin odlu silahla yaralanmadıqlarını söyləyib.

Həsənzadənin açıqlaması mülki geyimli şəxslərin silahlı qüvvələrlə birgə etirazçılara qarşı repressiyalarda aktiv rol oynadıqlarını göstərən çoxlu sayda videoların yayıldığı vaxta təsadüf edir.

Qeyd edək ki, məlumata görə, hazırkı aksiyalarda mülki geyimli şəxslər narazılara döyüş silahlarından atəş açır.

Bu arada İran parlamenti hökumətə bağlı mülki geyimli şəxslərin lazım bildikləri zaman odlu silahdan istifadə etmələrini qanuniləşdirən layihəni təsdiq etməyə çalışır.

Xatırladaq ki, "Məhəmməd Rəsulullah" korpusu bundan öncəki etirazlarda da həyata keçirilən repressiyalarda xüsusi rol oynayıb.

Adı çəkilən korpus Suriyada Bəşar Əsəd rejiminin müdafiəsi və suriyalı müxaliflərə qarşı amansız davranışı ilə məşhurdur.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar